Yuri Vernidubun rəhbərlik etdiyi “Neftçi” Sloveniya təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünü keçirib. Rumıniyanın “ÇFR Kluj” klubu ilə qarşılaşan bakılılar meydandan məlubiyyətlə ayrılıblar – 1:2. “Ağ-qaralar”ın yeganə qolunu 83-cü dəqiqədə Sambu vurub.
Paytaxt təmsilçisini qarşıda daha üç sınaq matçı gözləyir. “Neftçi” iyulun 6-da Serbiyanın “Partizan”, iyulun 10-da isə digər Serbiya klubu “Radniçki Niş” və Xorvatiya “Osiyek”i ilə qüvvəsini sınayacaq.