Transfer çalışmalarını davam etdirən “Neftçi”nin növbəti hədəfi bəlli olub. “Ağ-qaralar” Yunanıstanın “Atromitos” klubunun və Surinam millisinin hücumçusu Denzel Jubitana ilə yaxından maraqlanır. Həm cinah, həm də ikinci hücumçu mövqelərində çıxış edə bilən 27 yaşlı futbolçunun klubu ilə müqaviləsi bir həftədən sonra başa çatır. Belçikanın “Lyers” klubunun yetirməsi olan Jubitana, karyerası ərzində bu ölkənin “Mexelen” və “Beveren”, eləcə də Niderlandın “Roda” və Yunanıstanın “İraklis” komandalarının da formasını geyinib.