Mourinyodan Bernardo Silva haqqında səmimi etiraf: “Tətilə çıxanda futbolu unudur və ümumiyyətlə məşq etmir”

09.08.26 | 18:32
Dünya futbolu

“Real”ın baş məşqçisi Joze Mourinyo komandanın yeni transferi Bernardo Silvanın debütündən sonra onun fiziki forması və taktikadakı rolu barədə fikirlərini bölüşüb.

13 illik fasilədən sonra Madrid klubuna qayıdan portuqaliyalı mütəxəssis yeni mövsüm öncəsi heyəti gücləndirmək üçün ilk növbədə “Mançester Siti”dən həmyerlisi Bernardo Silvanı transfer edib. “Barselona” və “Atletiko” kimi nəhənglər də təcrübəli yarımmüdafiəçi üçün mübarizə aparsa da, “Kral klubu” bu yarışdan qalib ayrılıb.

Mundialdan sonra qısa məzuniyyətə yollanan Silva şənbə günü “Ferentsvaroş”a qarşı keçirilən yoxlama matçında meydana çıxsa da, onun fiziki durumu baş məşqçini razı salmayıb.

Mourinyo “Daily Mail” nəşrinə açıqlamasında yeni transferinin mövsümöncəsi forması ilə bağlı narazılığını gizlətməyib: “Bernardo Silva? O, bizim üçün çox vacib oyunçudur. Amma yazıq uşaq, tətilə çıxanda futbolu unudurümumiyyətlə məşq etmir. Məhz buna görə də mövsümöncəsi hazırlığa xeyli zəif fiziki formada qayıtdı və indi bunu qaydaya salmalıdır”.

Bununla belə, “Real”ın 2:1 hesablı qələbəsi ilə başa çatan matçdan sonra təcrübəli mütəxəssis futbolçunun keyfiyyətlərini də yüksək qiymətləndirib: “Bernardo fantastik oyunçudur, istər dayaqlıq zonasında, istərsə də mərkəzdə – «altılıq» və ya «səkkizlik» mövqeyində oynasın, hücum quruculuğu mərhələsində bizə çox kömək edir. Oyun gedişində onun fiziki gücünün çatışmadığını hiss etdim, bu səbəbdən onu «onluq» mövqeyinə keçirdim. O, orada da əla çıxış edir. Ümumiyyətlə, Bernardodan üç-dörd müxtəlif mövqedə istifadə etmək mümkündür”.

Qeyd edək ki, “Kral klubu” mövsümöncəsi hazırlıq çərçivəsində artıq dörd yoxlama oyunu keçirib. Madridlilər La Liqada mövsümə avqustun 22-də səfərdə “Espanol”a qarşı matçla start verməzdən əvvəl daha iki yoxlama görüşündə – “Deportivo” və “Şalke”yə qarşı mübarizə aparacaqlar.

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13