Milli komanda İslandiyaya yola düşdü

02.09.25 | 11:31
Ölkə futbolu

2026-cı il dünya çempionatının seçmə mərhələsinin başlanmasına sayılı günlər qalır. Milli komandamız sentyabrın 5-də səfərdə İslandiya ilə üz-üzə gələcək. Azərbaycan millisi bu gün Reykyavikə yola düşüb. Oyundan bir gün əvvəl komandamız məşqə çıxacaq. Görüş isə Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Bakıdan yola düşən komandanın heyətində Mahir Emreli olmayıb. “Kayzerslautern”li forvard İslandiya paytaxtına Almaniyadan birbaşa gələcək.

Xatırladaq ki, sentyabrın 9-da milli komanda Bakıda Ukrayna yığmasını qonaq edəcək. Millinin hazırkı heyəti isə belədir:

Qapıçılar: Rza Cəfərov (“Neftçi”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Aydın Bayramov (“Zirə”)

Müdafiəçilər: Abbas Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov (hamısı “Qarabağ”), Qismət Alıyev (“Zirə”), Elvin Bədəlov (“Neftçi”), Cəlal Hüseynov (“Arda” Bolqarıstan), Rəhman Daşdəmirov (“Sabah”), Anton Krivotsyuk (“Daejeon Hana Siti”, Cənubi Koreya)

Yarımmüdafiəçilər: İsmayıl İbrahimli, Ceyhun Nuriyev (“Zirə”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Emin Mahmudov (“Neftçi”), Anatoli Nuriyev (“Sabah”), Ozan Can Kökçü (“Volendam” Niderland), Şahin Şahniyarov (“Qəbələ”),

Hücumçular: Mahir Emreli (“Kayzerslautern”, Almaniya), Nəriman Axundzadə, Musa Qurbanlı (hər ikisi “Qarabağ”), Renat Dadaşov (“Motor”, Polşa), Xəyal Əliyev (“Sabah”)

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27