Messidən sürpriz investisiya: İspaniya klubunu satın aldı

17.04.26 | 07:32
Dünya futbolu

Dünya futbolunun canlı əfsanəsi Lionel Messi yaşıl meydanlardakı uğurlarını biznes müstəvisinə daşımaqda davam edir. “İnter Mayami”nin hücumçusu və səkkizqat “Qızıl top” mükafatçısı İspaniyanın Kataloniya bölgəsini təmsil edən “Kornelya” klubunun rəsmi sahibi olub.

Bayş-Lyoferqat təmsilçisinin rəsmi saytı bu böyük sövdələşməni təsdiqləyərək, argentinalı oyunçunun klubu rəsmən təhvil aldığını elan edib. Hazırda İspaniya futbolunun beşinci divizionunda (Tercera RFEF, 5-ci qrup) mübarizə aparan “Kornelya” yarımpeşəkar səviyyədə çıxış edir.

Klubun son illərdəki mənzərəsi elə də parlaq deyil. Belə ki, 2024-cü ildə üçüncü divizionda yer alan kollektiv, cəmi iki il ərzində iki liqa aşağı yuvarlanıb. Hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan komanda, liderdən 5 xal geri qalır və pley-off mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparır.

Ekspertlərin fikrincə, Messinin bu seçimi təsadüfi deyil. Ulduz futbolçunu kluba cəlb edən əsas amil “Kornelya”nın güclü futbol akademiyasıdır. Klubun yaydığı bəyanatda Messinin gənc istedadların inkişafına xüsusi önəm verdiyi vurğulanır.

Qeyd edək ki, “Kornelya” akademiyası dünya futboluna bir çox tanınmış simalar bəxş edib. “Arsenal”ın qolkiperi David Raya, Messinin keçmiş komanda yoldaşı Jordi Alba və “Barselona”nın hazırkı müdafiəçisi Jerar Martin məhz bu klubun yetirmələridir.

Görünən odur ki, Messi bu addımı ilə gələcəyin ulduzlarını yetişdirmək və “Kornelya”nı yenidən İspaniya futbolunun üst liqalarına qaytarmaq niyyətindədir.

Paylaş:

Xəbər Lenti

Holand: “Sevgilim meydandakı mübarizələri xoşlamır”

21.04.26 | 13:45

Ağır atletimiz Avropa çempionatında debüt etdi

21.04.26 | 13:01

TV proqram

21.04.26 | 12:15

İsgəndərov Dünya Kubokuna qələbə ilə başladı

21.04.26 | 11:31

Mikelsin qayıdışı sual altındadır

21.04.26 | 11:58

Bu gün 8 güləşçimiz xalça üzərinə çıxacaq

21.04.26 | 11:14

Kristian Kostin “Neftçi”dən gedir

20.04.26 | 23:31

U-17 millimiz Qazaxıstandakı turnirə hazırlaşır

20.04.26 | 23:34

“Zirə”dən Premyer Liqada 100-cü heç-heçə

20.04.26 | 23:36

Nicat Abasov: “İki şahmatçımızın fəxri kürsüdə yer alması ölkəmizin böyük uğurudur”

20.04.26 | 23:46

Tiranada start: Yunan-roma güləşçilərimizdən ikisi yarımfinala yüksəldi

20.04.26 | 23:50

Ölkə kubokunun hakimlər bəlli oldu

20.04.26 | 23:35

“Turan-Tovuz”dan yubiley qələbəsi

20.04.26 | 18:17

“Qızıl Canavar” Rotterdam rinqinə cıxacaq

20.04.26 | 17:49

“Siti”dən möhtəşəm qələbə: Çempionluq yarışı yenidən başlayır!

20.04.26 | 07:52

Möhtəşəm rekord və vaxtından əvvəl çempionluq

20.04.26 | 07:46

Saşa İliç: “Qələbə vacib idi, amma oyundan narazıyam”

19.04.26 | 23:57

Kaxaber Tsxadadze: “Boş qapıya qol vura bilmiriksə, qalib gəlmək mümkün deyil”

19.04.26 | 23:12

Katovitsedə iki medal və bir addımlıqda qalan tarixi çempionluq

19.04.26 | 23:29

“Turan” ölkə çempionu oldu

19.04.26 | 22:56