Messi və Skaloninin millidəki gələcəyi necə olacaq?

08.08.26 | 10:02
Dünya futbolu

Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia “TyC Sports” kanalına müsahibəsində həm Leo Messinin, həm də baş məşqçi Lionel Skaloninin milli komandadakı gələcəyi ilə bağlı dolaşan şayiələrə son qoyub.

DÇ-2026-nın başa çatmasından artıq bir müddət keçib. Bildiyiniz kimi, Argentina millisi finalda İspaniyaya 1:0 hesabı ilə məğlub olaraq çempionluq titulunu qoruya bilmədi.  Nəhayət, AFA prezidenti bu məsələyə rəsmi aydınlıq gətirib.

Tapia, ulduz futbolçunun gələcək taleyinin tamamilə öz əllərində olduğunu və ona hər zaman hörmətlə yanaşdıqlarını vurğulayıb: “Onun Amerika Kuboku-2028-də iştirak edib-etməyəcəyi öz qərarından aslıdır. O, özünü buna hazır hiss etməlidir. 2022-ci ildə də biz onun 2026-cı il Dünya Çempionatında oynayıb-oynamayacağını bilmirdik. Biz onunla fəxr etməliyik. Ümid edirəm ki, o, futboldan zövq almağa davam edəcək və özü üçün ən doğru bildiyi qərarı verəcək.”

Məsələ yalnız Messi ilə məhdudlaşmır. Dünya Çempionatının finalından sonra baş məşqçi Lionel Skaloni yalnız dekabr ayına qədər postunda qalacağını və bundan sonra milli komandadakı fəaliyyətini böyük ehtimalla yekunlaşdıracağını açıqlamışdı. Lakin görünən odur ki, ölkə futbolunun rəhbərliyi bu ayrılığa qətiyyən razı deyil.

Tapia, gələcək planlarında başqa bir məşqçiyə yer olmadığını qəti şəkildə ifadə edib: “Mənim A planım, B planım və C planım – məhz Skalonidir. Mən onun işinə davam etməsini istəyirəm. Bunu hamımız istəyirik. Düşünməsi və qərar qəbul etməsi üçün ona vaxt verməliyəm. Təbii ki, əgər o, motivasiya çatışmazlığı hiss edərsə və ya uğura gedən yolu görməzsə, onu zorla saxlaya bilmərəm”. Bütün diqqətlər indi həm Messinin, həm də Skaloninin verəcəyi yekun qərarlara yönəlib. Hər iki önəmli fiqurun Argentina futbolundakı gələcəyi yaxın aylarda dəqiqləşəcək.

Paylaş:

Xəbər Lenti

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39

TV PROQRAM

08.09.26 | 19:16