Messi ağladı, Antonella paylaşdı…

08.07.26 | 07:54
Dünya futbolu

Dramatik anlar və inanılmaz geri dönüşlərlə yadda qalan mundialın 1/8 final mərhələsində Argentina millisi Misir üzərində 3:2 hesablı çətin qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.

Qarşılaşmadan sonra duyğularını gizlədə və göz yaşlarına hakim ola bilməyən Messinin fotosunu paylaşan “albiseleste”nin mətbuat xidməti bu sözləri qeyd edib: “O, hər şeyi qazanıb, hər şeyə nail olub. Lakin bu göz yaşları göstərir ki, onun yeni qələbələrə olan aclığı və bu formaya sevgisi hədsizdir. Bunu bizə hiss etdirdiyin üçün təşəkkür edirik, kapitan!”

Komandanın rəsmi səhifəsində bütün heyətin fotosu paylaşılarak, “Hər oyunda ürəyimizlə bu rəngləri qoruyuruq. Təşəkkürlər, komanda!” mesajı ötürülüb.

Lionel Messi özü isə matçdan sonra komandanın mübarizə əzmini yüksək qiymətləndirib: “Növbəti mərhələyə yüksəlmək möhtəşəm hissdir. Çox çətin oldu, yenə əziyyət çəkdik, lakin Dünya Çempionatında başqa cür olmur. Böyük bir rahatlıq tapdıq. Komandamız heç vaxt təslim olmur, sona qədər döyüşür. Argentinanın bu gün etdikləri sadəcə dəlilikdir”.

Argentinalı azarkeşlərin böyük coşqusunu ulduz futbolçunun həyat yoldaşı Antonella Rokuzzo da bölüşüb. O, sosial şəbəkə hesabında Messinin fotolarını paylaşaraq, “İrəli, Argentina! Lionel Messi, daha deyiləcək söz qalmadı” şərhini yazıb.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46