Mbappədən emosional vida

19.07.26 | 01:03
Dünya futbolu

DÇ-2026-nın bürünc medal uğrunda keçiriləcək İngiltərə ilə qarşılaşması Didye Deşam üçün Fransa millisinin sükanı arxasında sonuncu oyun olacaq. 14 illik epoxanın bitdiyini turnirdən öncə elan edən 57 yaşlı mütəxəssisin son qızıl medal arzusu yarımfinalda İspaniyaya 0:2 hesablı məğlubiyyətlə puç oldu.

Bu tarixi vida ərəfəsində “X” platformasında emosional paylaşım edən Fransa yığmasının kapitanı Kilian Mbappe baş məşqçisi ilə belə vidalaşıb: Bu n sizin son qsinizdir. Bizə bu qədər çox şey qazandıran bir insana daha layiqli bir final bəxş etməli idik, təəssüf ki, bacarmadıq. Son 14 ildə bizim üçün etdiklərinizi sözlərlə anlatmaq çətindir. Siz bu komandanın yenidən doğulmasının əsas hərəkətverici qüvvəsi oldunuz. İnsanlar böyüklüyünüzü hər zaman layiqincə qiymətləndirməsə də, zaman və tarix bunu mütləq təsdiqləyəcək…”.

Deşamın Fransa futbolundakı mirası həqiqətən də unikaldır. O, Mario Zaqallo və Frans Bekkenbauerlə yanaşı, dünya çempionluğunu həm futbolçu (1998), həm də baş məşqçi (2018) kimi qazanan cəmi üç əfsanədən biridir. Onun rəhbərliyi altında fransızlar 2022-ci ildə dünya çempionatının gümüş medallarına da sahib çıxıblar.

Mbappe paylaşımını bu sözlərlə tamamlayıb: “Ölkəmizin ən böyük əfsanələrindən birinin yanında olmaq mənim üçün böyük şərəf idi. Birlikdə yaşadıqlarımız və nail olduqlarımız ağlımda ən gözəl xatirələr kimi qalacaq”. Ulduz hücumçu Deşama millidəki xidmətlərinə görə təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayıb.

Paylaş:

Xəbər Lenti

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55