Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58
Dünya futbolu

“Real Madrid”in ulduz hücumçusu Kilian Mbappe karyerasındakı çətin dönəmlər, müdafiə planındakı çatışmazlıqları və PSJ-dən ayrılma səbəbləri barədə səmimi etiraflar edib. The Bridge podkastına qonaq olan fransalı forvard, həm klub, həm də milli komanda səviyyəsində yaşadığı psixoloji baryerlərdən söz açıb.

Mbappe oyununa ünvanlanan əsas tənqidlərdən biri – müdafiə fazasında passiv qalması ilə bağlı səslənən fikirlərlə razılaşıb. O, bu yanaşmanın komanda balansına mənfi təsir edə biləcəyini etiraf edib: “Digər oyunçularla müqayisədə müdafiədə daha az iştirak edirəm və bu, bəzən problem yaradır. Lakin müşahidə edirəm ki, mən geriyə köməyə gələndə bu, bütün komandaya sirayət edir. Madriddə mən presinqə başlayan kimi hamı buna qoşulur. Bu mövzuda tənqid olunmaq məni narahat etmir, çünki bunu konstruktiv yanaşma kimi qəbul edirəm”.

2024-cü ilin yayında Paris klubundan ayrılan Mbappe, keçmiş komandasının ondan dərhal sonra (2025-ci ildə) Çempionlar Liqasını qazanmasına da toxunub. O, gedişini bir kitabın sona çatması ilə müqayisə edib: “Əgər daha tez getmiş olsaydım və onlar qalib gəlsəydi, çox heyfslənərdim. Amma mən Parisdəki ‘kitabımın’ sonuna çatmışdım. yeddi il ərzində əlimdən gələni etdim. Artıq orada qalmağın mənası yox idi”.

2023/24 mövsümündə Dortmund “Borussiya”sına uduzduqları yarımfinalı xatırlayan ulduz, o matçın nəticəsini şanssızlıqla əlaqələndirib: “Həmin qarşılaşmanı 500 dəfə yenidən oynasaydıq, 499-da biz qalib gələrdik. Amma top qapıya getmədi“.

Mbappe karyerasının ən ağır dönəminin “Avro-2020″dəki uğursuzluq və ondan sonra gələn irqçi hücumlar olduğunu bildirib. İsveçrə ilə matçda qaçırılan penaltidən sonra forvard ağır təhqirlərə məruz qalıb: “Məni “meymun” adlandırmağa başladılar. Düşünürdüm ki, mən qol vurmayanda məni dibə çəkən insanlar üçün niyə oynamalıyam? Bu, çox amansız idi. Özümü “canlı ölü” kimi hiss edirdim”.Mbappe hətta həmin dövrdə Fransa Futbol Federasiyasının o zamankı prezidenti Noel Le Qre ilə görüşərək millidən getmək istədiyini deyib: “Ona dedim ki, daha oynamayacağam. Amma Le Qre buna icazə vermədi və bu fikri unutmalı olduğumu söylədi”.

Paylaş:

Xəbər Lenti

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55