Mbappedən ona “şempanze” deyən senatora sərt cavab: “Sən alçaq bir qadınsan!”

07.07.26 | 10:15
Dünya futbolu

Dünya çempionatının Fransa və Paraqvay yığmaları arasındakı qarşılaşması (1:0) meydanda başlayan gərginliyin siyasi müstəviyə daşınması və irqçilik skandalı ilə yadda qalıb. Matçın yeganə qolunun müəllifi və Fransa millisinin kapitanı Kilian Mbappe paraqvaylı senator Seleste Amariliyanın onun ünvanına səsləndirdiyi təhqiramiz və irqçi ifadələrə sosial şəbəkə hesabı vasitəsilə çox sərt cavab verib.

Oyun boyu Cənubi Amerika təmsilçisinin sərt və aqressiv futboluna ulduz hücumçu ironik təbəssümlərlə cavab verib. Gərginlik final fitindən sonra da davam edib. Paraqvaylı qapıçı Orlando Gillin uzatdığı əli sıxmayaraq yanından gülümsəyərək keçən Mbappe rəqib qolkiper tərəfindən idmançıya yaraşmayan hərəkətlə üzləşib – Gill qəzəbdən topu fransız kapitanın kürəyinə çırpıb.

Əsl skandal isə oyundan sonra Paraqvay senatoru Seleste Amariliyanın “X” platformasında etdiyi paylaşımlarla yaşanıb. Futbol azarkeşi olmadığını etiraf edən siyasətçi Mbappeni hədəf alaraq ağlasığmaz ifadələr işlədib: “Fransızları təqlid etməyə çalışan koloniyalaşdırılmış kamerunlu… O, ana südü əvəzinə kokos sorub, eşitdiyi ən mədəni səs isə şempanzelərin səsi olub. Orlando Gill, gərək ona orta barmağını göstərərdin. Mən bunu senatda edirəm və heç nə olmur!”

Senator, həmçinin Mbappenin paraqvaylı müdafiəçi Xunior Alonsoya ispan dilində söyüş söydüyünü iddia edən saxta bir sitat da paylaşıb.

“Real”ın ulduzu bu hücumlara öz ana dilində paylaşım edərək eyni sərtliklə, lakin diplomatik dillə cavab verib və senatorun bu davranışının bütün Paraqvayın adına ləkə olduğunu vurğulayıb: “Xanım Seleste Amariliya, siz tutduğunuz vəzifəyə layiq olmayan, alçaq bir qadınsınız. Siz turnir boyu ehtiras və şərəflə mübarizə aparan Paraqvayı təmsil etmirsiniz. Sizin məsuliyyətsizliyiniz və açıq irqçiliyiniz ucbatından bütün dünya futbolçularınızın bu mundialda göstərdiyi tarixi mübarizəni və əməyi unutdu. Onların yerini ölkəsini ən bərbad şəkildə nümayiş etdirən bacarıqsız bir qadın aldı. Mən bu mənfurların öz nifrət və irqçiliklərini dünyada sərbəst şəkildə yaymalarına heç vaxt icazə verməyəcəyəm”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46