Mareskanın uğursuz debütü: “Arsenal” superkubokda “Mançester Siti”ni darmadağın etdi!

17.08.26 | 03:49
Dünya futbolu

Xosep Qvardiolanın gedişindən sonra yeni dövrə qədəm qoyan “Mançester Siti” ilk rəsmi matçında sarsıdıcı məğlubiyyətlə üzləşib. “Şəhərlilər” İngiltərə Superkuboku (Community Shield) uğrunda görüşdə “Arsenal”a 0:3 hesabı ilə boyun əyiblər. Entso Mareskanın baş məşqçi kimi debütü həm erkən buraxılan qol, həm də qapıçı Canluici Donnarummanın kobud səhvləri ilə yadda qalıb.

“Mançester Siti” üçün klub tarixindəki yeni səhifə heç də xoş başlamayıb. Yay fasiləsində düz 10 illik fəaliyyətindən sonra postunu tərk edən Qvardiola ilə yanaşı, illərdir komandanın onurğa sütununu təşkil edən Bernardo Silva və Con Stouns kimi təcrübəli oyunçular da klubdan ayrılıblar. Əvəzində 135 milyon avro qarşılığında transfer edilən İngiltərə millisinin üzvü Elliot Anderson komandaya qoşulub və “Arsenal”a qarşı dərhal ilk onbirlikdə yer alıb.

“Arsenal” isə heyətində köklü dəyişikliklərə ehtiyac duymayıb. Buna baxmayaraq, “topçular”ın 87,5 milyon avroya rənglərinə bağladığı braziliyalı yarımmüdafiəçi Bruno Gimarayeş və yunanıstanlı vinger Xristos Tziolis komandanın heyətində rəsmi debütlərini rəsmiləşdiriblər.

Entso Mareskanın debütü sözün əsl mənasında şokla başlayıb. “Siti” artıq 23-cü saniyədə topu öz qapısında görüb. Maylz Lüis-Skellinin ötürməsindən sonra Rikardo Kalafiori qapıçı Canluici Donnarummanı məyus edib. Qeyd edək ki, bu, 1968-ci ildən bəri İngiltərə Superkuboku tarixində birinci dəqiqədə vurulan ilk qol kimi tarixə düşüb.

Görüşün yarım saatı tamam olmamış fərq iki topa çatıb. Belçika çempionatında məhsuldar ötürmələri ilə diqqət çəkən yeni transfer Tziolis İngiltərədə də eyni ampluada çıxış edəcəyini göstərib. Onun asmasından sonra Kay Haverts cərimə meydançasında başla zərbə endirib. Bu epizodda almaniyalı hücumçunun yaxın məsafədən zərbəsini Donnarumma xilas edə biləcək səviyyədə olsa da, italiyalı qolkiperin son dərəcə uğursuz və inamsız müdaxiləsi topun tora daxil olması ilə nəticələnib – 2:0.

Buraxılan qollarda birbaşa günahkar olan qolkiper ikinci hissənin əvvəlində də komandasını çətin vəziyyətdə qoyub. 47-ci dəqiqədə Martin Odeqorla təkbətək qalan Donnarumma olduqca tez təslim olub və norveçli ulduz fərqi üçə yüksəldərək matçın yekun hesabını müəyyənləşdirib.

Paylaş:

Xəbər Lenti

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39

TV PROQRAM

08.09.26 | 19:16