Millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Polşanın «Rakuv» klubu Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçına çıxıb. Malta «Valletta»sının qonağı olan Polşa təmsilçisi səfərdən darmadağınla qayıdıb – 4:0.
Məşqçilər korpusunun 67-ci dəqiqədə – hesab 3:0 olarkən meydana buraxdığı Emreli də qələbədə pay sahibi olub. İki oyunun nəticəsinə əsasən rəqibini ümumi 7:1 hesabı ilə üstələyən «Rakuv» Konfrans Liqasının III təsnifat mərhələsinə vəsiqəni təmin edib.