Məşhur adların keçdiyi narkotik istintaqı: Saadettin Saran barəsində ağır ittihamlar

20.12.25 | 11:16
Dünya futbolu

İstanbulda bir çox tanınmış simanın, o cümlədən Mehmet Akif Ersoyun adının hallandığı genişmiqyaslı narkotik istintaqı çərçivəsində “Fənərbaxça”nın prezidenti, iş adamı Saadettin Saran barəsində ciddi iddialar irəli sürülüb. İstintaq çərçivəsində Saranın evinə baxış keçirilib və onun şübhəli şəxs qismində məhkəməyə çağırıldığı bildirilib.

İttihamların mahiyyəti: Saadettin Saran narkotik və ya psixotrop maddələrin istehsalı, ticarəti, habelə bu maddələrin istifadəsini asanlaşdırmaq üçün xüsusi yer, avadanlıq və imkanlar təmin etməkdə ittiham olunur. CNN Türk-ün müxbiri Merve Tokazın canlı yayımda verdiyi məlumata görə, ittihamlar arasında “narkotik vasitələrin tədarükü və ticarəti” maddələri də yer alır.

Hazırda “Fənərbaxça” basketbol komandası ilə birlikdə İtaliyada olan Saadettin Saran məsələyə dərhal reaksiya verib: “Heç nədən qorxmuram. Sabah səhər Türkiyəyə qayıdacağam və istintaqda iştirak edəcəyəm.”

Saranın vəkili məsələ ilə bağlı açıqlamasında belə deyib: “Cənab Saadettin Saran dünən axşam keçirilən ‘Olimpia Milano – Fenerbahçe Beko’ matçında iştirak etmək və bəzi transfer danışıqları aparmaq üçün xaricə səfər etmişdir. Mətbuatda yayılan məhkəmə prosesi barədə məlumat aldıqdan dərhal sonra o, ölkəyə qayıtmaq qərarına gəlib və ilk mövcud reyslə Türkiyəyə dönəcək”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46