DÇ-2026-nın 1/8 finalında ABŞ yığmasını 4:1 hesabı ilə darmadağın edən Belçika millisi növbəti mərhələyə yüksəlib. Qarşılaşmanın 67-ci dəqiqəsində meydana çıxan “Napoli”nin hücumçusu Romelu Lukaku 90+3-cü dəqiqədə matçda son nöqtəni qoyub.
“Opta”nın statistikasına görə, Lukaku dünya çempionatları tarixində 4 fərqli matçda sonradan oyuna daxil olaraq qol vuran ilk futbolçu kimi tarixə düşüb. Lukaku DÇ-2026-da 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Belçika millisi 1/4 final mərhələsində İspaniya ilə qarşılaşacaq. Yarımfinala vəsiqə uğrunda gərgin oyun iyulun 10-da, saat 23:00-da start götürəcək.