Konfrans Liqası: “Zirə” Gürcüstanda üstünlüyünü qorumağa çalışacaq

16.07.26 | 13:41
Ölkə futbolu

Bu gün “Zirə” UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununa çıxacaq. Rəşad Sadıqovun yetirmələri Gürcüstanda Kutaisi “Torpedo”sunun qonağı olacaq. Bakıdakı ilk görüşdə qazanılan 3:0 hesablı parlaq qələbə “qartallar”a böyük üstünlük versə də, komanda cavab matçına maksimum ciddi hazırlaşıb.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov ilk oyundakı böyükhesablı qələbəyə baxmayaraq, arxayınlığa yer olmadığını və rəqibin doğma meydanda daha təhlükəli olacağını bildirib: “Mövsümün ilk rəsmi matçları həmişə çətin keçir. İstəyirik ki, bu görüşə fiziki baxımdan birincidən oyundan daha yaxşı vəziyyətdə çıxaq. Rəqibin öz azarkeşləri önündə Bakıdakından daha fərqli və aqressiv futbol oynayacağını bilirik. Ona görə də növbəti mərhələyə vəsiqə qazanmaq üçün həm fiziki, həm də taktiki cəhətdən daha üstün oyun nümayiş etdirməliyik”.

Kutaisililər möcüzəyə inanır və komandanın qapıçısı Oto Qoşadzedən azarkeşlərə çağırış edib.

“Torpedo”nun qolkiperi ümidlərini itirmədiklərini və növbəti mərhələyə yüksəlmək üçün son saniyəyə qədər vuruşacaqlarını vurğulayıb. O, Bakıdakı uğursuzluqdan sonra tənqidləri normal qəbul etdiklərini qeyd edərək azarkeşlərə səslənib: “Növbəti mərhələ üçün kiçik bir şansımız olsa belə, sona qədər mübarizə aparacağıq. Azarkeşlərin sağlam tənqidləri tamamilə başadüşüləndir və bunu qəbul edirik. Çünki səfərdəki oyun və nəticə bizi də qane etməyib. İndi bizə ən azı 3 qol vurmaq lazımdır və azarkeş dəstəyi olmadan bunu bacarmaq çox çətin olacaq. Hamını stadiona çağırıram; biz birlikdə böyük işlər görə bilərik. Güvəninizi doğrultmaq üçün meydanda hər şeyimizi qoyacağıq!”.

 Bu cütün qalibi II təsnifat mərhələsində “Hegelmann” (Litva) – “Payde” (Estoniya) duelinin güclüsü ilə qarşılaşacaq (bu komandalar arasındakı ilk oyun 1:1 hesabı ilə başa çatıb).

UEFA Konfrans Liqası, I təsnifat mərhələsi (Cavab oyunu)

20:00 “Torpedo” (Kutaisi, Gürcüstan) – “Zirə” (Azərbaycan)

Paylaş:

Xəbər Lenti

Bakıdakı dünya çempionatında rekord: 1100-dən çox qonaq gəlir

16.07.26 | 15:44

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına hazırlıqlar davam edir

16.07.26 | 14:05

“Sabah”ın ÇL-dəki oyunlarının saatı və məkanı bəlli olub

16.07.26 | 14:25

“İmişli”də ayrılıq: Qanalı legionerlə müqaviləyə xitam verildi

16.07.26 | 14:07

“Şamaxı” Gürcüstan çempionunu heyətinə qatdı

16.07.26 | 14:17

İngiltərə Futbol Assosiasiyası Tuxellə bağlı yekun qərarını verdi

16.07.26 | 14:42

Reykyavik sınağı: Süni qazon və soyuq hava amili

16.07.26 | 13:13

Konfrans Liqası: “Zirə” Gürcüstanda üstünlüyünü qorumağa çalışacaq

16.07.26 | 13:41

ÇL: I təsnifat mərhələsinin nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09