Keyn tarix yazdı, İngiltərə qələbə ilə başladı

18.06.26 | 07:39
Dünya futbolu

Alman mütəxəssis Tomas Tuxelin Koul Palmer və Fil Foden kimi ulduzları heyətdən kənarda qoymasından sonra yaranmış gərgin ab-havaya baxmayaraq, İngiltərə millisi turnirə qələbə ilə başladı. “Üç şir” ABŞ-də keçirilən matçda Xorvatiya yığmasını 4:2 hesabı ilə məğlub edərək həm komanda oyununa güvənin özünü doğrultduğunu sübut etdi, həm də azarkeşlərini sevindirdi.

Oyun ingilislərin fəal hücumları ilə başladı. 12-ci dəqiqədə Luka Modriçin cərimə meydançasında Noni Maduekeyə qarşı qaydanı pozması penalti ilə nəticələndi. Harri Keynin ilk zərbəsini qapıçı Dominik Livakoviç qaytarsa da, VAR qapıçının xətti vaxtından əvvəl tərk etdiyini müəyyənləşdirdi. Təkrar zərbədə Keyn dəqiq oldu və Dünya Kuboklarında 5-ci penalti qolunu vuraraq turnir tarixinin rekorduna imza atdı.

36-cı dəqiqədə Martin Baturina cərimə meydançasının xaricindən vurduğu baxımlı qolla hesabı bərabərləşdirdi. Lakin 42-ci dəqiqədə Deklan Raysın künc zərbəsindən etdiyi asmanı Keyn başla tora göndərdi. Bu qolla Keyn əfsanəvi Qari Linekerin dünya çempionatlarındakı 10 qolluq rekorduna ortaq oldu.

Fasiləyə saniyələr qalmış İvan Perişiçin başla ötürməsindən sonra Petar Musa hesaba yenidən tarazlıq gətirdi. Fasilədən dərhal sonra, Elliot Andersondan ötürmə alan Cud Bellingem cərimə meydançasına daxil olaraq komandasını yenidən önə keçirdi. Standart vəziyyətlərdə, xüsusən də künc zərbələrində rəqibə çətin anlar yaşadan İngiltərə, müdafiədə inamlı təsir bağışladı. Yekun nöqtəni isə 85-ci dəqiqədə sonradan meydana çıxan Markus Reşford qoydu.

Dünya Kuboku. I qrupu, 1-ci tur

İngiltərə – Xorvatiya 4:2

Qollar: Keyn, 12 (penalti), 42, Bellingem, 47, Reşford, 85 – Baturina, 36, Musa, 45+5

Baş hakim: Kleman Türpen (Fransa)

Stadion: «AT&T Stadium» (Arlinqton, ABŞ)

İngiltərə: Pikford, Ceyms, Konsa, Stounz (Qehi, 87), O’Rayli, Anderson, Rays (Rodcers, 73), Madueke (Saka, 73), Bellingem (Spens, 80), Qordon (Reşford, 73), Keyn

Xorvatiya: Livakoviç, Şutalo, Vuşkoviç (Marko Paşaliç, 66), Qvardiol, Stanişiç, Modriç (Kovaçiç, 58), Suçiç, Perişiç, Mario Paşaliç (Vlaşiç, 79), Baturina (Kramariç, 79), Musa (Matanoviç, 66)

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46