Kapitanın qolu “İmişli”ni elitada saxladı

19.04.26 | 17:55
Ölkə futbolu

Premyer Liqada 28-ci turun oyunları davam edir. Günün ilk matçında “Kəpəz” Yevlax Şəhər Stadionunda “İmişli”ni qəbul edib və minimal hesabla məğlub olub.

“Qarabağ” üzərindəki sensasiyalı qələbədən sonra kəskin eniş yaşayan – əvvəlcə “Qəbələ”yə, ardınca isə autsayder “Karvan”a məğlub olan Azər Bağırovun komandası bu görüşdə azarkeşləri önündə reabilitasiya olunmağa çalışırdı. “İmişli” isə ardıcıl ikinci qələbəsini qazanaraq mövqeyini möhkəmləndirmək niyyətində idi.

Qarşılaşma gözlənildiyindən daha aşağı templə yadda qaldı. Rəqiblər kombinasiyalı hücumlar qurmaqda ciddi çətinlik çəkib. Xırda qayda pozuntuları və yaranan qısa fasilələr oyunun dinamikasına mənfi təsir göstərib.

 Görüşün taleyini həll edən yeganə qol isə 38-ci dəqiqədə vuruldu. Juninyonun asmasından sonra Dioqu Rollo topu başla qapı önünə göndərib, kapitan Azər Salahlı isə yaranmış fürsəti boşa verməyərək baxımlı qola imza atdı.

Bu vacib qələbə sayəsində “İmişli” Premyer Liqada yerini rəsmən təmin edti. Gəncə təmsilçisinin qara zolağı isə davam edir.

KƏPƏZ – İMİŞLİ – 0:1 (0:1)

Qol: Salahlı, 38 (0:1).

Baş hakim: Kamal Umudlu.

Kəpəz: Yusif İmanov, Rauf Hüseynli (Renosuke Ohori, 58), Fərid Nəbiyev (Camal Cəfərov, 73), Rəhman Hacıyev, Ümid Səmədov, Paçu, Olavale Onanuqa (Şakir Seyidov, 46), Mahamadu Ba, Adama Fofana, Mate Abuladze, Dioqo Verdaşka (k).

İmişli: Hüseynəli Quliyev, Azər Salahlı (k), Rafael Vieqas, İdris İnqilablı, Yau Mozes, Nikola Karaklayiç, Ronaldo Rodriges, Dioqu Rollo, Juninyo (Vüsal Qənbərov, 86), Edvin Banquera, Dioqu Almeyda (Abbas Ağazadə, 77).Sarı vərəqələr: Ba, 2. Hüseynli, 33. Mozes, 44. Fofana, 90+3. Qənbərov, 90+3. Hüseynəli Quliyev, 90+3.

Paylaş:

Xəbər Lenti

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28