Kabo-Verde millisinin kapitanı təcavüzdə günahlandırılır

01.07.26 | 12:48
Dünya futbolu

Kabo-Verde yığmasının kapitanı Rayan Mendesə qarşı Yeni Zelandiyada təcavüz ittihamı ilə cinayət işi açılıb. Hadisənin bu ilin mart ayında baş verdiyi bildirilsə də, “New Zealand Herald” nəşri futbolçunun kimliyini yalnız indi təsdiqləyə bilib. Jurnalistlər bu qənaətə çoxsaylı mənbələr və rəsmi sənədlər əsasında gəliblər.

Yığma tarixinin ən yaxşı bombardiri olan Mendes ilin əvvəlində keçirilən “FIFA Series” turnirində çalışan braziliyalı qadına təcavüz etməkdə günahlandırılır. Medianın yaydığı məlumata görə, zərərçəkən qadın Mendesin zorla onun otağına daxil olaraq təcavüz etdiyini bildirib. Artıq sosial şəbəkələrdə və mətbuatda qadının xəsarətlərini əks etdirən fotolar da yayılıb. Hazırda araşdırma davam edir və futbolçuya qarşı hələlik rəsmi ittiham irəli sürülməyib.

Qeyd edək ki, “The Athletic” nəşri hələ may ayında Yeni Zelandiya rəsmilərinin Kabo-Verde millisinin adı açıqlanmayan bir oyunçusu ilə bağlı araşdırma apardığını yazmışdı. O vaxt yerli polis, FİFA və Kabo-Verde Futbol Federasiyası məsələ ilə bağlı şərh verməkdən imtina etmişdi.

Xatırladaq ki, sözügedən “FIFA Series” turniri çərçivəsində Kabo-Verde martın 27-də Çili, üç gün sonra isə Yeni Zelandiya ilə qarşılaşıb.

Bütün bu iddialara baxmayaraq, 36 yaşlı Mendes hazırda dünya çempionatında millinin heyətində çıxışını davam etdirir. O, qrup mərhələsinin hər üç oyununda iştirak edərək ümumilikdə 251 dəqiqə meydanda olub. İspaniya, Uruqvay və Səudiyyə Ərəbistanı ilə heç-heçə edən Kabo-Verde pley-offa yüksəlməklə dünya çempionatları tarixində bu mərhələyə adlayan ən az əhalisi olan ölkə kimi tarixə düşüb. Mendes növbəti matçına iyulun 3-də Mayamidə – Argentinaya qarşı 1/16 final oyununda çıxa bilər.

Əlavə edək ki, son dövrlər analoji ittihamlarla Qana millisinin üzvü Tomas Parti (məhz bu səbəbdən Kanadaya viza ala bilməmişdi) və Mərakeş yığmasının kapitanı Əşrəf Hakimi də üzləşiblər. Lakin hər iki futbolçu günahsız olduğunu bəyan edib.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46