“Kəpəz” heyətini yeni qapıçı ilə gücləndirib. Gəncə təmsilçisi keçmiş leqioneri Rojerio Santosu yenidən rənglərinə bağlayıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, 26 yaşlı portuqaliyalı qolkiperlə 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, 2024/25 mövsümündə də “Kəpəz”in şərəfini qorumuş Santosun son klubu İsrailin “Ironi Tiberias” komandası olub.