İtaliya mundialdan imtina etdi: “Ləyaqətimiz hər şeydən üstündür”

24.04.26 | 18:31
Dünya futbolu

Donald Trampın yaxın dostu və müşaviri Paolo Zampollinin İranın Dünya Çempionatından kənarlaşdırılaraq yerinə İtaliyanın dəvət edilməsi təklifi rəsmi Roma tərəfindən sərt təpki ilə qarşılanıb. Ardıcıl üçüncü dəfə mundialdan kənarda qalan “Skuadra Adzurra”nın rəsmiləri bu növ “reklam” və güzəştli iştirakdan imtina ediblər.

Paolo Zampolli Financial Times qəzetinə verdiyi açıqlamada, həm ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa, həm də FIFA prezidenti Canni İnfantinoya İranın İtaliya ilə əvəzlənməsi barədə təklif irəli sürdüyünü təsdiqləyib. Lakin İtaliya dövlətinin və idman rəhbərliyinin cavabı özünü çox gözlətməyib.  

Ölkənin idman naziri Andrea Abodi bu təklifi əsassız hesab edib: “Bu, ilk növbədə hüquqi baxımdan qeyri-mümkündür. Digər tərəfdən isə mənəvi cəhətdən doğru deyil. Biz Dünya Çempionatına vəsiqəni masa arxasında yox, yaşıl meydanlarda qazanmalıyıq”.

İtaliya Milli Olimpiya Komitəsinin rəhbəri Luçano Buonfilyo bu yolla turnirə qatılmağın təhqir olduğunu deyib: “İtaliyanın bu yolla turnirə cəlb edilməsi mənim üçün təhqirdir. Dünya Çempionatında iştirak etmək üçün həmin yerə layiq olduğunuzu sübut etməlisiniz”.

İtaliya Milli Olimpiya Komitəsinin (CONI) rəhbəri Luçano Buonfilyo bu təklifə sərt reaksiya verib: “Mundiala bu yolla dəvət edilməyimizi təhqir hesab edirəm. Dünya Çempionatında iştirak etmək üçün həmin yerə layiq olduğunu meydanda sübut etməlisən”.

İran tərəfi turnirdə iştirak etmək istədiyini bildirsə də, ABŞ-da oynamaqdan imtina edərək qrup oyunlarının digər ev sahibi ölkəyə – Meksikaya keçirilməsini tələb edib. Hazırda bu tələblə bağlı rəsmi razılığın olmaması müxtəlif spekulyasiyalara yol açır.

Xatırladaq ki, İtaliya millisi pley-off mərhələsində Bosniya və Herseqovinaya məğlub olaraq turnirdən kənarda qalmışdı. FIFA-nın məsələ ilə bağlı yekun qərarını aprelin 30-da  tarixində açıqlayacağı gözlənilir.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46