İsveçrə 72 il sonra yenidən1/4 finalda

08.07.26 | 00:17
Dünya futbolu

1/8 finalın ən bərabər cütü öz statusunu doğrultdu. İsveçrə və Kolumbiya yığmaları matçın böyük hissəsində başabaş mübarizə apardılar. Bəzən üstünlük avropalılarda olurdu, daha çox isə cənubi amerikalılarda. Lakin heç kim hesab tablosunda əks olunacaq qədər ciddi üstünlük qazana bilmədi. Oyunu izləmək bəzi anlarda çətin idi – rəqiblər açıq-aşkar səhv etməkdən qorxur, buna görə də riskə getmək istəmirdilər. Kimsə açılıb hücum fəallığı göstərəndə isə onu tez soyudur, oyun yenidən bərabər və ehtiyatlı mübarizəyə qayıdırdı.

Oyun yalnız əlavə vaxtda həqiqətən rəngarəngləşdi; Kolumbiya İsveçrə üzərində ciddi təzyiq qurdu. Ancaq onları sıxıb qələbəni qoparmaq mümkün olmadı. Oyunun taleyi penaltilər seriyasında həll olundu və burada cənubi amerikalılar iki, avropalılar isə bir səhvə yol verdilər. Nəticədə İsveçrə növbəti mərhələyə yüksəldi.

Beləliklə, İsveçrə millisi 1954-cü ildən bəri tarixində ilk dəfə dünya çempionatının dörddəbir finalına vəsiqə qazandı!

1/4 finalda onları Argentina gözləyir və orada İsveçrə heç də favorit olmayacaq. Üstəlik, yorğunluq amili də yəqin ki, öz sözünü deyəcək – isveçrəlilər artıq bu əlavə vaxtda xeyli taqətdən düşmüş görünürdülər.

Dünya Kuboku, 1/8 final

İsveçrə – Kokumbiya 0:0, penaltilərlə 4:3

Vamkuber. “Bi-Si-Pleys” stadionu. 52497  tamaşaçı.

Hakim: İvan Barton (Salvador)

İsveçrə: Kobel, Zakariya (Vidmer, 87), Elvedi, Akanci, Rodriqes (Muhaym, 71), Caka, Froyler, Rider (Amduni, 103), Yaşari (Sou, 46), Ndoy (Varqas, 90+2), Embolo (İtten, 87).

Kolumbiya: Varqas, Munyos, Dav. Sançes, Lukumi (Mina, 119), Moxika, Puerta, Lerma (Rios, 82), Arias (Kampas, 66), Xames Rodriqes (Kintero, 66), Luis Suares (Rios, 82), Luis Dias.

Sarı vərəqələr: Caka, 51. Zakariya, 59. Luis Suares, 60. Dav. Sançes, 94. Muhaym, 105.

Penaltirlər:

Kintero – 0:1
Caka – 1:1
Davş Sançes – 1:1 (qapıçı)
Amduni – 2:1
Kampas – 2:2
Akanci – 2:2 (yan)
Ernandes – 2:2 (qapıçı)
İtten – 3:2
Luis Dias – 3:3
Varqas – 4:3

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46