“İspaniyanı yenidən nəhəng edək”: Torresin jesti və Trampın cavabı

25.07.26 | 17:21
Dünya futbolu

İspaniya millisi DÇ-2026-nın finalında Argentinanı məğlub edərək, ikinci dəfə dünya çempionu tituluna yiyələndi. “MetLayf” stadionunda keçirilən həlledici matçın qəhrəmanı isə Niko Uilyamsın ötürməsini qola çevirən və əlavə vaxtda qələbəni gətirən Ferran Torres oldu.

Madriddə iki milyona yaxın azarkeş tərəfindən qarşılanan İspaniya millisi şəhər küçələrində böyük şənlik keçirib. Lakin qələbə sevincindən daha çox, Ferran Torresin geyindiyi şapka gündəmi zəbt edib. Futbolçunun üzərində “Make Spain Great Again” (İspaniyanı yenidən nəhəg edək) yazılmış papaqla görünməsi, ABŞ-ın sabiq prezidenti Donald Trampın “MAGA” şüarına birbaşa eyham kimi qəbul edilib.

Bu jestə Ağ Evin rəsmi sosial media hesabları da laqeyd qalmayıb. Futbolçunun fotosunu paylaşan Ağ Ev “Hamı hərəkata qoşulmaq istəyir” şərhini yazıb. Donald Trampın özü isə Torresin bu hərəkətini yüksək qiymətləndirib: “O, əla oyunçudur. Geyindiyi papaqla mənə jest edib və mən bunu çox mehriban, xoş bir iltifat kimi qəbul edirəm. Biz bunu qiymətləndiririk”.

Torresin bu addımı İspaniyadakı bəzi solyönümlü media orqanlarında tənqidlə qarşılansa da, komanda daxilində forvardın yanında olanlar çoxluq təşkil edib. Kapitan Rodri komanda yoldaşının “əsassız tənqid olunduğunu” bildirib.

Hazırda məzuniyyətdə olan Ferran Torres avqustun ortalarında “Barselona”nın düşərgəsinə qoşulacaq. Sosial media hesabında məsələyə toxunan qol müəllifi isə qısa şərh verməklə kifayətlənib: “Qismət beləymiş. Tanrı əziyyət çəkənləri mükafatlandırır”.

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46