İran millisi üçün unikal qadağa

08.06.26 | 13:43
Dünya futbolu

ABŞ və İran arasındakı gərgin diplomatik münasibətlər futbol dünyasından da təsirsiz ötüşməyib. Mundialda mübarizə aparacaq İran yığması qarşısında görünməmiş şərt qoyulub.

İranın Meksikadakı səfiri Abolfazl Pasandidehin Daily Mail nəşrinə açıqlamasına görə, yığmanın ABŞ ərazisində ardıcıl olaraq 24 saatdan artıq qalmasına icazə verilmir: “Biz ABŞ-yə yalnız matç günü səhər saatlarında daxil ola bilərik, lakin oyun başa çatan kimi, elə həmin gün də ölkəni tərk etməyə məcburuq”.

İran qrup mərhələsinin hər üç oyununu ABŞ-də – Los-Anceles və Sietl şəhərlərində keçirməlidir. İlkin plana əsasən, komandanın mundialdakı əsas düşərgəsi Arizona ştatında yerləşməli idi. Lakin mövcud qadağaya görə, İran millisi Meksikada məskunlaşacaq və oyunlara oradan uçacaq.

Bu qərar FİFA-nın mövcud reqlamenti ilə ciddi ziddiyyət təşkil edir. Qurumun qaydalarına görə, hər bir komandanın baş məşqçisi və kapitanı oyundan bir gün əvvəl qarşılaşmanın keçiriləcəyi stadionda mətbuat konfransı təşkil etməlidir. İran millisinə yalnız oyun günü səhər saatlarında ölkəyə giriş icazəsi verildiyi üçün bu qaydanın necə yerinə yetiriləcəyi hələlik qeyri-müəyyəndir.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46