“İmişli”nin yeni baş məşqçisi müəyyənləşib. Premyer Liqa təmsilçisi komandanı Fərid Namazova həvalə edib. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, UEFA Pro kateqoriyalı məşqçi karyerası ərzində “Qarabağ”, “Səbail”, həmçinin Azərbaycanın aşağı yaş qrupları və U-21 yığmalarında çalışıb. Xatırladaq ki, “İmişli” məhz Fərid Namazovun rəhbərliyi altında 2024/2025 mövsümündə I Liqadan Premyer Liqaya vəsiqə qazanıb.