IFFHS 2025-ci ilin ən yaxşı gənc futbolçusunu seçdi: Lamin Yamal yenidən zirvədə!

20.12.25 | 13:38
Dünya futbolu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ilin yekunlarına əsasən, dünyanın ən yaxşı gənc futbolçularının (U-20) reytinqini açıqlayıb.

Məlumata görə, “Barselona”nın və İspaniya millisinin ulduzu Lamin Yamal rəqiblərini böyük fərqlə qabaqlayaraq ardıcıl ikinci dəfə dünyanın ən yaxşı gənc oyunçusu seçilib. 18 yaşlı istedad 233 xal toplayaraq siyahıya liderlik edir.

Reytinqin ikinci pilləsində 90 xalla “PSJ”-nin yarımmüdafiəçisi Dezirye Due, üçüncü yerdə isə 50 xal toplayan “Çelsi”nin gənc transferi Estevao qərarlaşıb.

Dünyanın ən perspektivli futbolçularının yer aldığı siyahıda sonrakı yerləri bu adlar bölüşür: Arda Gülər (“Real Madrid”) – 30 xal, Pau Kubarsi (“Barselona”) – 19 xal, Kenan Yıldız (“Yuventus”) – 10 xal, Uorren Zair-Emeri (“PSJ”) – 7 xal, Franko Mastantuono (“River Pleyt”) – 5 xal

Xatırladaq ki, Lamin Yamal 2024-cü ildə də IFFHS tərəfindən bu mükafata layiq görülmüşdü. Onun bu uğuru gənc oyunçunun dünya futbolundakı mütləq dominatlığını bir daha təsdiq edir.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46