Honkonqda keçirilən qılıncoynatma üzrə dünya çempionatında fərdi yarışlara yekun vurulub. Turnirdə 8 idmançı ilə təmsil olunan Azərbaycan millisi fərdi mübarizəni medalsız tamamlayıb.
Qadınlar arasında ən yaxşı nəticəyə 23-cü yeri tutan Polina Kaspiaroviç imza atıb. Kişilərin yarışında isə ən yüksək göstərici 58-ci pillədə qərarlaşan Abbas Hüseynova məxsusdur.
Mundialda ölkəmizin şərəfini qadınların heyətində Anna Başta, Səbinə Kərimova, Polina Kaspiaroviç və Zərifə Hüseynova, kişilərin mübarizəsində isə Murad Əkbərov, Maqsud Hüseynli, Abbas Hüseynov və Saleh Məmmədov qoruyur.
Hər iki yığmamız iyulun 29-da və 30-da keçiriləcək komanda yarışlarında qüvvəsini sınayacaq.