Geosiyasətin qurbanları: Maykl Oliver və Entoni Teylor mundialın finalını necə qaçıra bilər?

10.07.26 | 16:12
Dünya futbolu

Dünya çempionatının final oyununu idarə etməyə namizədlər sayıln ingiltərəli referilər Maykl Oliver və Entoni Teylor, meydandakı fəaliyyətlərindən asılı olmayan səbəblərdən bu arzularından məhrum ola bilərlər. FİFA-nın təyinat prinsipləri bu iki hakimin taleyini birbaşa İngiltərə və Argentina millilərinin turnirdəki çıxışından asılı vəziyyətə salıb.

Bəs qaydalar nə deyir? Əgər İngiltərə yığması yarımfinala yüksəlsə, qaydalara əsasən, Oliver və Teylor öz ölkələrinin oyununa təyin edilə bilməzlər. Lakin ingilislər turnirdən kənarlaşsa belə, problem həll olunmur. Səbəb isə 1982-ci ildə Böyük Britaniya və Argentina arasında baş vermiş Folklend (Malvin) adaları müharibəsidir. Münaqişədən 44 il keçməsinə baxmayaraq, FİFA siyasi gərginlik və yarana biləcək şübhələri önləmək üçün Argentinanın oyunlarına ingilis hakimləri təyin etməkdən qaçır.

Bu, ilk belə hal deyil. DÇ-2022-də Entoni Teylor finalı idarə etməyə əsas namizəd olsa da, Argentinanın finala yüksəlməsi onun adının siyahıdan silinməsinə səbəb olmuşdu. FİFA mühüm oyunlara hakim təyin edərkən peşəkarlıqla yanaşı, geosiyasi amilləri də nəzərə alır. Beləliklə, Oliver və Teylorun finalı idarə etmək şansı təkcə öz performanslarından deyil, həm də İngiltərə və Argentinanın turnirdəki taleyindən asılıdır.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46