Premyer Liqanın III turunda keçirilən “Kəpəz” – “Turan-Tovuz” matçı (1:0) cari mövsümün azarkeş sayına görə rekord göstəricisi ilə yadda qalıb.
Peşəkar Futbol Liqasının (PFL) rəsmi məlumatına görə, Gəncə şəhər stadionunda baş tutan prinsipial Qərb derbisini tribunadan 13 500 azarkeş canlı izləyib. Bu göstərici çempionatın geridə qalan bölümündə bir matçda qeydə alınan ən yüksək azarkeş sayı kimi rekordlara düşüb.