Füzuli Məmmədovdan vida siqnalı: “Məqsəd olmasa, gedəcəyəm”

16.05.26 | 09:02
Ölkə futbolu

Premyer Liqanın 32-ci turunda evdə “Qəbələ”yə 1:2 hesabı ilə məğlub olan “Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov oyunsonrası mətbuat konfransında fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis elitada qalmaq şanslarını itirən futbolçuları oyuna kökləməyin çətinliyindən danışıb və klubdakı gələcək taleyinə aydınlıq gətirib:  “Premyer Liqada qalmaq şansını tamamilə itirən bir komandanı motivasiya etmək olduqca çətindir. Futbolçularımı başa düşürəm. Buna baxmayaraq, onlar bu matça hazır olmaq üçün əllərindən gələni etdilər. Azarkeşlərimiz önündə qələbə qazanmaq istəyirdik və bunun üçün şanslarımız da var idi. Hesabda önə keçsək də, sadə bir səhv ucbatından qapımızda qol gördük. Bu məğlubiyyət bizi çox məyus etdi. Amma neyləmək olar, həyat davam edir”.

Klubdakı gələcəyi barədə danışan Füzuli Məmmədov, rəhbərliklə mövsümün sonunda masaya oturacağını bildirib: “Klubdakı gələcəyimlə bağlı məsələyə mövsümün sonunda aydınlıq gələcək. Rəhbərliklə danışacağıq. Əgər qarşıya yenidən Premyer Liqaya qayıtmaq tapşırığı qoyulsa, komandada qala bilərəm. Belə bir hədəf olmasa, təbii ki, digər təklifləri dəyərləndirmək məcburiyyətində qalacağam”.

Paylaş:

Xəbər Lenti

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07

Jorj Kaşkilya gələcək taleyi ilə bağlı sualları cavablandırdı: “Mediada yazılanlar yalandır”

16.05.26 | 21:23

Yeniyetmə güləşçilər Avropa birinciliyində medalları sıralayır

16.05.26 | 20:24

Millimizin Macarıstan toplanışı qələbələrlə başa çatdı

16.05.26 | 20:43

Kurban Berdiyevdən hakimlik ittihamı: “Meydandakı aqressiyanın səbəbkarı onlar idi”

16.05.26 | 20:45

Ayhan Abbasovdan səmimi açıqlama: “Futbolçularım iddialı klubların hədəfinə çevriliblər”

16.05.26 | 20:03

“Sabah” litvalı baş məşqçi ilə vidalaşdı

16.05.26 | 20:21

Gümüş və bürünc medalların sahibləri bəlli oldu!

16.05.26 | 17:05

DÇ-2026 ərəfəsində FİFA-ya gözlənilməz xəbərdarlıq

16.05.26 | 13:15

Mahir Emreli “Kayserslautern”dən gedir

16.05.26 | 13:55

“Araz-Naxçıvan” “Kəpəz”ə şans vermədi

16.05.26 | 09:18