Fransada dəhşətli cinayət planının üstü açıldı: Mbappeni oğurlamaq istəyirmişlər

03.09.26 | 01:07
Dünya futbolu

Fransada dəhşətli cinayət planının üstü açılıb. Ölkə mətbuatının, xüsusilə “Le Parisien” qəzetinin yazdığına görə, 18 yaşlı qruplaşma liderinə qarşı rəsmi ittiham irəli sürülüb.

“Klement L.” kimi tanınan gənc avqustun 21-də əlbir olaraq təşkil edilən soyğunçuluq və bir sıra ağır cinayətlərdə ittiham olunaraq həbs edilib. İstintaq onun başçılıq etdiyi dəstənin oğurluqlarla yanaşı, bir neçə adam oğurluğu planlaşdırdığını da müəyyənləşdirib.

Polisin əldə etdiyi məlumatlara görə, dəstə başçısının hədəf siyahısında varlı iş adamları, məşhur reperlər və tanınmış futbol ulduzu Kilian Mbappe də daxil olmaqla ümumilikdə 26 nəfər olub. Gənc cinayətkarın kimliyi ötən ilin aprelində Parisin qərbindəki Nöyi-sür-Sen ərazisində saat ustasına hücumdan sonra müəyyən edilib.

Təcridxanaya yerləşdirilən “Klement L.” barəsində sərt tədbir görülüb. Prokurorluq nümayəndəsinin sözlərinə görə, onun xaotik və cinayətkar həyat tərzini nəzərə alaraq, yeganə çıxış yolu məhz təkadamlıq kameradır.

Paylaş:

Xəbər Lenti

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39

TV PROQRAM

08.09.26 | 19:16