FİFA-ya görə ən yaxşısı: Naqelsmannın isə “super ehtiyatı”

29.06.26 | 01:27
Dünya futbolu

FİFA-nın Dünya Çempionatındakı rəsmi “Güc Reytinqi” (Power Ranking) hesabatı hər kəsi təəccübləndirib. Qrup mərhələsinin və ümumilikdə turnirin ən yaxşı oyunçusu kimdir? Deniz Undav!

Almaniya millisinin hücumçusu 8.38 xalla Messi, Mbappe, Vinisius Junior, Dembele və Holand kimi dünya ulduzlarını geridə qoyub. Səbəb isə inanılmaz effektivlikdir: Undav turnirdə meydana çıxdığı cəmi 86 dəqiqə ərzində 3 qol və 2 məhsuldar ötürmə ilə yaddan qalıb.

Bu fantastik statistikaya rəğmən, baş məşqçi Yulian Naqelsmann hücumçunu ehtiyat skamyasında saxlamağa davam edir. Hətta qrupdakı sonuncu, formal xarakter daşıyan Ekvador matçında belə, bütün Almaniya futbol ictimaiyyəti Undavın əsas heyətdə başlayacağını gözləyirdi. Lakin Naqelsmann komandanın əsas nüvəsinin ahəngini pozmaq istəmədi.

Baş məşqçi qərarını bu cür əsaslandırıb: “Həmişə debatlar olur: onu ilk dəqiqələrdən meydana buraxıb gücündən yararlanmaq, yoxsa matçın gedişatını dəyişən “böyük qüvvə” kimi ehtiyatda saxlamaq? Biz ikinci yolu seçirik. Düzdür, start heyəti önəmlidir, amma son 20 dəqiqədə meydana çıxıb görüşün taleyi həll edən oyunçuların da rolu əvəzsizdir. Deniz məhz bu xüsusi qrupdadır”.

Görünən odur ki, FİFA onu turnirin ən yaxşısı hesab etsə də, Deniz Undav Bundestimin pley-off mərhələsində də “gizli silahı” və super ehtiyat qüvvəsi olaraq qalacaq.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24