FİDE-nin yeni reytinqi: Şahmatçılarmız mövqelərini qoruyub

01.06.26 | 15:06
Digər növlər

Beynəlxalq Şahmat Federasiyası (FİDE) iyun ayı üçün dünya reytinq cədvəlini açıqlayıb. Yeni siyahı Azərbaycan şahmatçılarının dünya arenasında mövqelərinin möhkəmləndiyini və bəzi təmsilçilərimizin pillələrini irəlilədiyini göstərir.

Azərbaycan şahmat məktəbinin yetirmələri arasında liderlik ənənəvi olaraq təcrübəli qrossmeyster Şəhriyar Məmmədyarova məxsusdur. 41 yaşlı şahmatçımız 2717 xalla dünya reytinqinin 26-cı pilləsində qərarlaşmaqla, ölkəmizin aktivindəki ən yüksək nəticəni qoruyub saxlayıb.

Mövqeyini sabit saxlayan digər təcrübəli şahmatçımız Teymur Rəcəbov isə 2689 xalla dünya reytinqində 39-cu sırada yer alıb.

İyun ayı reytinqində digər şahmatçılarımızın mövqelərində cüzi hərəkətlilik müşahidə edilib. Eltac Səfərli 2 pillə irəliləyərək 2648 xalla 70-ci pilləyə yüksəlib. Aydın Süleymanlı 2 pillə geriləsə də, 2665 xalla 51-ci pillədə yerini qoruyur. Siyahıda qərarlaşan Rauf Məmmədov isə 2636 xalla dünya reytinqində 91-ci pillədədir.

Dünya şahmatının zirvəsində isə norveçli Maqnus Karlsen (2841 xal) öz hegemonluğunu davam etdirir. İlk üçlüyü isə amerikalı qrossmeysterlər Fabiano Karuana və Hikaru Nakamura (hər ikisi 2792 xal) tamamlayır.

Qadın şahmatçılarımızın sıralamasında Ülviyyə Fətəliyeva yüksək formunu qoruyur. 2449 xalla 25-ci pillədə qərarlaşan şahmatçımız qadınlar arasında Azərbaycanın reytinq lideridir.

Digər təmsilçilərimizdən Xanım Balacayeva 9 pilləlik ciddi sıçrayışla 85-ci pilləyə (2356 xal) yüksəlməklə ayın ən yadda qalan nəticələrindən birini göstərib. Gövhər Beydullayeva isə 4 pillə irəliləyərək 68-ci (2374 xal) pilləyə çatıb. Günay Məmmədzadə isə 3 pillə geriləyərək hazırda 72-ci (2371 xal) sırada yer alıb.Qadınlar arasında dünya reytinqinə çinli Hou Yifan (2596) liderlik edir. Onun həmyerliləri Ley Tinzze (2566) və Tszüy Ventszyün (2559) reytinq cədvəlində ilk üçlüyü tamamlayan digər şahmatçılardır.

Paylaş:

Xəbər Lenti

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27