Fərid Namazov: “Meydanda pullar yox, nüfuz oynayır”

29.08.26 | 23:39
Ölkə futbolu

Premyer Liqanın III turunda səfərdə “Şəfa”nı tək qolla (1:0) üstələyən “İmişli”nin baş məşqçisi Fərid Namazov matçdan sonra keçirilən mətbuat konfransında mətbuat mənsublarının suallarını cavablandırıb. Qələbəyə baxmayaraq, mütəxəssis həm qarşılaşmanın gedişatını qiymətləndirib, həm də komandanın maliyyə, nüfuz və çempionatdakı gələcək hədəfləri barədə diqqətçəkən fikirlər səsləndirib.

Oyunun gərgin keçəcəyini əvvəlcədən proqnozlaşdırdıqlarını bildirən Namazov, ümumilikdə komandasının çıxışından razı qalsa da, reallaşdırılmayan qol imkanlarına təəssüflənib: “Qarşılaşmanın çətin olacağını bilirdik və buna uyğun çox yaxşı hazırlaşmışdıq. Matçın böyük hissəsində təşəbbüsə və üstünlüyə yiyələnən tərəf biz idik. Yeganə narazı qaldığım məqam yaradılan qol epizodlarından maksimum yararlana bilməməyimizdir”.

Mükafat sistemi və klubların maliyyə imkanları arasındakı fərqə toxunan çalışdırıcı meydanda əsas sözü mübarizə əzminin dediyini vurğulayıb: “Nüfuz məsələsi mükafat pulundan hər zaman daha önəmlidir. Əlbəttə, maliyyə stimulu futbolun ayrılmaz hissəsidir və müəyyən nüanslar var, lakin meydançada pullar oynamır. Reallıq budur ki, böyük büdcəyə malik klublarla daha məhdud imkanları olanlar arasında həmişə fərq olacaq. Bizim üçün isə baş başlıca prioritet klubun adını və nüfuzunu qorumaqdır”.

Mətbuat konfransının sonunda çempionatdakı digər təmsilçimizə dəstək verən Namazov komandasının əsas məqsədini açıqlayıb: “Yeri gəlmişkən, ‘Sabah’ı da Çempionlar Liqasındakı uğurlu çıxışı münasibətilə təbrik etmək istəyirəm. Bizim özümüzə gəlincə, əsas məqsədimiz turnir cədvəlində daha yüksək pillələr uğrunda mübarizə aparmaqdır”.

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46