Bu gün Peşəkar Futbol Liqasının (PFL) ümumi yığıncağı keçirilib. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, klub nümayəndələri və digər qonaqların iştirak etdiyi tədbirdə qurumun rəhbərliyinə seçkilər baş tutub.
Səsvermənin nəticələrinə əsasən, yeganə namizəd olan Elxan Səmədov yekdilliklə növbəti 4 il müddətinə PFL-in prezidenti seçilib.
İclasda həmçinin İdarə Heyətinin yeni tərkibi də səsə qoyularaq təsdiqlənib. Növbəti 4 ildə PFL-in rəhbər heyəti aşağıdakı kimi olacaq:
Elxan Səmədov – PFL prezidenti
Məlik Həsənov – İdman müşaviri
Aslan Şahgəldiyev – Vitse-prezident
Zaur Hacı-Məhərrəmov – İcraçı direktor
Elgiz Abbasov – Texniki-idman direktoru
Sənan Abdullayev – Media və marketinq direktoru
Tədbirin sonunda göstərdikləri dəstəyə görə AFFA-ya və futbol klublarının nümayəndələrinə minnətdarlıq ifadesi olunub.