Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti nüfuzlu təyinatını alıb. O, UEFA Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək AEK (Kipr, Larnaka) – “Kristal Pelas” (İngiltərə) cavab qarşılaşmasının baş hakimi olacaq.
Baş hakimə yan xəttlərdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Xatırladaq ki, komandalar arasındakı ilk görüş 0:0 hesabı ilə başa çatıb. Cavab matçı martın 19-da Larnakada baş tutacaq.