“El Sackico”dan zəfərlə çıxan rəqib: “Nyukasl” pley-offa köklənir

11.02.26 | 07:02
Ölkə futbolu

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl Yunayted” Premyer Liqada vacib qələbə qazanaraq toparlanma siqnalları verib. “Tottenhem”lə səfər matçı “El Sackico” (hər iki məşqçinin qovulma təhlükəsi) kimi dəyərləndirilsə də, Eddi Haunun yetirmələri nümayiş etdirdikləri xarakterlə rəqiblərindən bir baş üstün olublar.  Ardıcıl üç məğlubiyyət seriyasına son qoyan “Sağsağanlar” bu nəticə ilə turnir cədvəlində 10-cu pilləyə yüksəldilər. Bu qarşılaşma “Qarabağ” üçün rəqibin cari vəziyyəti barədə bir neçə vacib məqamı üzə çıxard:

1. İntensivlik və pressinq gücü: “Nyukasl” əvvəlki illərdəki kimi qorxunc gücə malik olmasa da, oyun intizamı və yüksək intensivliyi sayəsində rəqibi üstələməyi bacarır. Londonluların passiv oyunundan istifadə edən “Sağsağanlar” rəqibi öz cərimə meydançasına sıxaraq dominantlıq ediblər. Bu, “Qarabağ”ın müdafiədən çıxarkən diqqətli olmalı olduğu bir məqamdır.

2. Psixoloji dayanıqlıq və reaksiya: Rəqibin ən təhlükəli xüsusiyyəti buraxılan qola verdiyi ani reaksiyadır. “Tottenhem” bərabərlik qolunu (Arçi Qrey) vurduqdan sonra “Nyukasl” sınmadı. Əksinə, qonaqlar dərhal oyuna nəzarəti ələ aldılar və cəmi 4 dəqiqə sonra qələbə qolunu vurdular. Bu, komandanın kövrək olmadığını və qələbə əzminin yüksək olduğunu göstərir.

3. Təhlükəli fiqurlar:  Malik Tiau müdafiəçi olmasına baxmayaraq, standart vəziyyətlərdə və qarışıqlıq zamanı rəqib qapısı ağzında təhlükə yaradır. Onun inadkarlığı ilk qola səbəb oldu. Ceykob Ramsi  soyuqqanlılığı ilə seçilir. Həlledici məqamda dəqiq zərbə ilə komandasına qələbə qazandıran məhz o oldu.

Bu qələbə “Nyukasl” üçün mövsümün dönüş nöqtəsi ola bilər. “Qarabağ” qarşısında böhran içində olan yox, özünəinamı bərpa etmiş və məşqçisi üçün vuruşan bir komanda dayanacaq. Eddi Haunun komandası mükəmməl olmasa da, səhvləri bağışlamır və oyun tempini istədiyi kimi idarə edə bilir.

Lakin “Nyukasl”ın Bakı səfəri öncəsi sınaqları bununla bitmir. Eddi Haunun komandası şənbə günü İngiltərə Kubokunun 1/16 final mərhələsi çərçivəsində səfərdə “Aston Villa”nın qonağı olacaq. Bu qarşılaşma rəqibimizin heyət rotasiyasına gedib-getməyəcəyi maraq doğurur.

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13