Fransa millisinin baş məşqçisi Didye Deşama ağır itki üz verib. Təcrübəli mütəxəssisin 86 yaşlı anası Jinet Deşam vəfat edib.
RMC Sport-un məlumatına görə, bəd xəbəri dünya çempionatının qızğın çağında alan fransalı çalışdırıcı dəfn mərasimində iştirak etmək üçün komandanın düşərgəsini tərk edərək vətəninə yollanıb. Deşamın millidəki fəaliyyəti dövründə ilk ailə faciəsi deyil. O, 2022-ci ilin mayında atasının vəfatı səbəbindən də Millətlər Liqası oyunları öncəsi komandadan ayrılmışdı.
Fransa yığması artıq növbəti mərhələyə vəsiqəni təmin edib. Hesabında 6 xal olan “üçrənglilər” qrup liderliyi uğrunda sonuncu matçını iyunun 26-da elə eyni xala malik Norveç seçməsinə qarşı keçirəcək.