DÇ-nın finalında antirekord: Entso Fernandesin qırmızı vərəqəsi Argentinanı çökdürdü

20.07.26 | 16:05
Dünya futbolu

Dünya Çempionatının həlledici matçında İspaniya millisinə məğlub olan Argentina yığması nəinki titulu əldən verdi, həm də tarixi bir antirekorda imza atdı.

İspaniyanın tam üstünlüyü şəraitində keçən görüşün əsas vaxtında Argentina millisi rəqib qapısına bir dəfə belə dəqiq zərbə endirə bilməyib. Əvəzində, “albiseleste”nin qapıçısı Emiliano Martinez bir neçə epizodda komandasını real qoldan xilas edərək oyunda qalmağı bacarıb. Matçın gedişatından narazı qalan argentinalı futbolçuların sərt və aqressiv oyunu isə sonda komandanın azlıqda qalması ilə nəticələnib.

Gərgin keçən görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə, artıq sarı vərəqəsi olan Entso Fernandes Pau Kubarsiyə qarşı kobud oynayıb. Baş hakim Slavko Vinçiç tərəddüd etmədən “Çelsi”nin ulduz futbolçusunu ikinci sarı vərəqə ilə cəzalandıraraq meydandan qovub.

“Squawka”nın məlumatına görə, bu qırmızı vərəqə Argentina yığmasını Dünya Çempionatlarının finallarında ən çox qırmızı vərəqə alan komandaya çevirib. Xatırladaq ki, 1990-cı ilin həlledici matçında da iki argentinalı futbolçu – Pedro Monson və Qustavo Desotti meydandan qovulmuşdu. Azlıqda qalan Argentina əlavə vaxtda İspaniyanın müqavimətini qıra bilməyib. Ferran Torresin vurduğu yeganə qol (1:0) İspaniyaya dünya çempionu titulunu qazandırıb.

Paylaş:

Xəbər Lenti

Qeorqi Nikolov: “Qarabağ” Avropa futbolunda özünü sübut etmiş ciddi döyüşçüdür”

21.07.26 | 14:43

ÇL-də növbəti addım: “Bayquşlar” finləri sınağa çəkir

21.07.26 | 12:44

Ronaldo sosial şəbəkələri çalxaladı: FİFA, Argentina və Messiyə qarşı ittihiamları dəstəklədi

21.07.26 | 03:22

“İnfantino, istefa ver!” — İspaniyalı azarkeşlər dünya çempionlarını bu şüarla qarşıladılar

21.07.26 | 03:08

Mundialdakı xəyalqırıqlığından sonra Antoneladan Messiyə duyğulu mesaj: “Sən həmişə ən yaxşısı olacaqsan!”

21.07.26 | 01:24

Azərbaycan futbolunda islahat və inkişaf çağırışı: “Uğur istəyiriksə, bir olmalıyıq”

21.07.26 | 01:46

Finalın qəhramanı Ferran Torres: “Bu gün  böyük bir yükdən azad oldum”

21.07.26 | 01:19

Belçika millisində ayrılıq: Rudi Qarsiya postunu tərk edir

21.07.26 | 00:57

Çeferindən FİFA-ya sərt etiraz: UEFA rəhbəri DÇ-nin finalını boykot etdi

21.07.26 | 00:17

“Qarabağ”ın rəqibində Bakı səfəri öncəsi böhran: Azarkeşlərdən “İstefa” tələbi

21.07.26 | 00:26

Finlandiyalı qapıçıdan “Sabah”la oyun öncəsi iddialı açıqlama: “Heç kimdən qorxmuruq”

21.07.26 | 00:11

İspaniya dünya çempionu oldu: rekord, 7-ci beynəlxalq kubok və 51 milyon dollarlıq mükafat

20.07.26 | 19:09

Miika Nuutinen: “Favorit “Sabah”dır, lakin bizi çətin oyun gözləyir”

20.07.26 | 19:47

Dambrauskas “KuPS” sınağı öncəsi: “Fikrimiz yalnız sabahkı oyundadır”

20.07.26 | 18:37

Coy-Lens Mikkels: “Əsas heyətdə yer almaq üçün daha çox qol vurmalıyam”

20.07.26 | 18:33

“Qarabağ” və “Turan Tovuz”un hədəfi: “Kayrat”ın forvardı

20.07.26 | 18:14

Rodri tarixi uğura imza atdı: Bunu bacaran 11-ci futbolçu oldu

20.07.26 | 18:28

Messi 68 illik dünya çempionatı rekordunu yenilədi

20.07.26 | 17:26

Mundialdan sonra qeyri-müəyyənlik: Skaloninin göz yaşları və Messinin milli karyerası bitir?

20.07.26 | 17:06

Konfrans Liqası: Klublarımızın 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

20.07.26 | 16:46