Dünya çempionatının startı ilə bərabər, bəzi ulduz futbolçuların formalarındakı fərqli elementlər diqqətdən yayınmayıb. Sən demə, FIFA 2026-cı il dünya çempionatında yalnız üç əfsanəvi oyunçunun daşıya biləcəyi xüsusi bir emblem təsis edib. Bəs Harri Keyn, Lionel Messi və digər ulduzların formalarındakı bu yeniliklər nəyin göstəricisidir?
FIFA builki dünya çempionatında tətbiq etdiyi yeni nişanlar mənasından bir çox azarkeşlər hələ də xəbərsizdilər. İlk baxışdan mürəkkəb görünsə də, təşkilatçılar forma dizaynındakı bu istisnaları yalnız xüsusi xidmətləri olan futbolçular üçün ediblər.
“Qızıl buts” sahiblərinə xüsusi imtiyaz
Bu yenilik özünü ilk olaraq İngiltərə – Xorvatiya matçında büruzə verdi. İngilislərin 4:2 hesablı qələbəsi ilə başa çatan oyunda azarkeşlər Harri Keyn və Luka Modriçin formalarının komanda yoldaşlarınınkından fərqləndiyini gördülər. Bu fərq qollardakı xüsusi nişanlarla bağlı idi.
İngiltərə millisinin kapitanı meydana qolunda qızıl emblemlə çıxmışdı. Bu simvol onun dünya çempionatlarının “Qızıl buts” mükafatçısı olduğunu təsdiqləyir. 2018-ci ildə Rusiyada keçirilən mundialda 6 qol vuraraq imza atmış və komandasını yarımfinala yüksəltmişdi. Oxşar nişanı daha əvvəl Fransa – Seneqal matçında Kilian Mbappe də daşımışdı. Fransız ulduz DÇ-2022-də vurduğu 8 qolla bu şərəfə layiq görülüb. Özbəkistan – Kolumbiya qarşılaşmasında isə 2014-cü ilin ən yaxşı bombardiri olan Xames Rodriges qolunda eyni unikal simvolla mübarizə aparıb.
Çempionlar, debütantlar və əfsanələr üçün nişanlar
FIFA dünya çempionları üçün də xüsusi qızıl nişanlar təyin edib. Hazırda bu emblemi son çempion Argentina daşıyır. Ümumilikdə isə tarixdə bu titulu qazanmış Braziliya, Almaniya, Fransa, Uruqvay, İspaniya və İngiltərə də formalarında müvafiq dəyişikliklər etmək hüququna malikdir.
Turnirin debütantları da unudulmayıb. İlk dəfə mundial həyəcanı yaşayan futbolçuların formalarında “FIFA Dünya Çempionatında Debüt” yazısı əks olunub.
Əfsanələrə “Miras” nişanı: Yalnız 5 futbolçu!
Karyerası ərzində ən azı beş dünya çempionatında iştirak etmiş veteran futbolçular isə xüsusi “Miras” (Heritage) nişanı alıblar. Bu eksklüziv statusa cəmi bir neçə əfsanə layiq görülüb: Lionel Messi, Kriştianu Ronaldu, Luka Modriç, Yuto Naqatomo (Yaponiya), Manuel Noyer (Almaniya).
“Qızıl əlcək” sahibləri də unudulmayıb
Almaniya millisinin 40 yaşlı qolkiperi Manuel Noyer daha bir nailiyyətlə öyünə bilər. O, həm də dünya çempionatının ən yaxşı qapıçısına verilən “Qızıl əlcək” nişanını daşıyır. Almaniyalı qapıçı ilə yanaşı, bu simvolu daşımaq hüququ argentinalı Emiliano Martines və belçikalı Tibo Kurtuaya da məxsusdur.