İspaniya Ronaldunun çempionluq arzusunu puç etdi

06.07.26 | 23:42
Dünya futbolu

Bu oyunda İspaniya millisi favorit saylsa daŞ Portuqaliyanın da şanslarının olduğu bildirilirdi. Şübhəsiz ən böyük sual Kriştiano Ronaldonun dünya çempionu olub-olmayacağı ilə bağlı idi. Etioraf edək ki, portəgizlər heç də pis başlamadı və hətta zaman-zaman topa sahib olmada, hücumların sayında rəqiblərini üstələdi. Lakin ispanların hər hücumu göstərirdi ki, bu komandanın oyunçularının ustalıq səviyyəsi daha üstündür. Onlar iki dəfə Dioqu Koştanın qapısı önündə təhlükəli vəziyyət yaratdı. Hər iki epizodda Mikel Oyarsabal fərqlənməyə yaxın idi: ilk zərbəni qapıçı ciddi çətinlik çəkmədən dəf etdi, daha sonra isə Oyarsabal təkbətək vəziyyətə çıxsa da, uzaq küncü nişan ala bilmədi. Ardınca ispanların sürətli hücumu zamanı Diogu Koşta Lamin Yamalın küncə yönəlmiş zərbəsini qaytardı, daha sonra isə cəld ayağa qalxaraq Aleks Baenanın tamamlayıcı zərbə ilə fərqlənməsinə imkan vermədi.

Birinci hissənin sonlarında portuqaliyalılar hesabı açmağa çox yaxın oldular. Nunu Mendeşin zərbəsindən və Pedro Porrorun toxunuşundan sonra top qapı tirinə dəyərək geri döndü.

İkinci hissənin əvvəlində isə Portuqaliya ciddi itki ilə üzləşdi. Meydanın hər yerində görünən və ən yaxşı oyunlarından birini keçirən Nunu Mendeş zədələndi. Onu əvəzləyən Nelson Semedunu asanlıqla keçən Lamin Yamal cərimə zərbəsindən qüvvətli zərbə endirdi, lakin Diogu Koşta topu tir altından çıxarmağı bacardı. Portuqaliyalılarda Bruno Fernandeş də fərqlənə bilərdi. O, Mark Kukurelyanın cərimə meydançasında bədənini düzgün qoyaraq zərbə endirsə də, top qapının yalnız yan toruna dəydi. Hər kəsin əlavə 30 dəqiqəyə hazırlaşdığı bir vaxtda Ferran Torres Mikel Merinonu qapı ilə üz-üzə çıxardı və o, yaxın küncü dəqiq nişan alaraq qələbə topunu vurdu. Vaxta az qalsa da, Bernardu Silva hesabı bərabərləşdirmək şansı qazandı, amma başla vurduğu zərbə qapı tirinin üzərindən keçdi. İspaniya 1/4 finala yüksəldi.

Dünya Kuboku, 1/8 final

Portuqaliya – İspaniya 0:1

Dallas. “AT & T” stadionu.

Hakim: Entoni Teylor (İngiltərə)

Portuqaliya: Diequ Koşta, Joau Kanselu (Dalot, 71), Renato Veyqa, Ruben Diaş, Nunu Mendeş (Semedu, 56), Joao Neveş, Vitinya (Bernardu Silva, 83), Bruno Fernandeş, Pedru Netu (Konseysau, 83), Ronaldu, Joao Feliks (Leao, 71).

İspaniya: Unai Simon, Porro, Kubarsi, Laport, Kukurelya, Rodri, Pedri (Ruis, 85), Yamal, Dani Olmo (Merino, 85), Baena (Ferran Torres, 75), Oyarsabal (İqlesias, 90).

Qol: Merino, 90+1.

Sarı vərəqələr: Bernardu Silva, 89. Veyqa, 90+4. Ferran Torres, 90+8.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46