DÇ-2026: İngiltərəyə məğlubiyyətdən sonra Norveçdə kütləvi iğtişaşlar baş verib

13.07.26 | 02:12
Dünya futbolu

Dünya Çempionatının 1/4 finalında Norveçin İngiltərəyə əlavə vaxtda məğlub olmasından (1:2) sonra Skandinaviya ölkəsində kütləvi asayiş pozuntuları və zorakılıq halları qeydə alınıb.

Millinin turnirlə vidalaşması ölkə daxilində böyük məyusluq yaradıb və matçdan dərhal sonra müxtəlif şəhərlərdə insidentlər yaşanıb.

Ən böyük azarkeş kütləsi Osloda, Kral Sarayının qarşısında toplaşıb. VG nəşrinin məlumatına görə, azarkeşlər tərəfindən qanunsuz olaraq qırmızı siqnal raketləri işə salınıb. Atılan raketlərdən biri mühafizəçiyə dəyərək onun xəsarət almasına səbəb olub. Polis xidməti qanunsuz pirotexnika istifadə edənlərin saxlanılaraq məsuliyyətə cəlb olunacağını bildirib. Paytaxtın təcili tibbi yardım xidmətinə gecə yarısından səhər saat 7-dək 45 nəfər müraciət edib. Zorakılıq dalğası qısa zamanda Norveçin digər şəhərlərini də bürüyüb. Stavangerdə kütləvi davalar zamanı bir neçə gənc döyülüb, “DNB Arena”da isə bir qadın zərbədən huşunu itirib. Skiendə ağır kəllə-beyin travması alan şəxs təcili tibbi yardımla xəstəxanaya aparılıb. Muşöendəki davada bir nəfərin barmağı qopardılıb, Harstad və Tromsödə isə qadına hücum edən və polislə əlbəyaxa olan şəxslər saxlanılıblar. Şiddət hadisələri Tronxeym və Vestvoqoy şəhərlərində də kütləvi davalarla müşayiət olunub.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46