Özbəkistan yığmasının 25 yaşlı qapıçısı Abduvaxid Nematov 2026-cı il dünya çempionatında 9-cu avtoqolun müəllifi oldu. Bu qol qrup mərhələsinin ikinci turunda, Portuqaliya millisinə qarşı keçirilən oyunda baş verdi.
DÇ-2026-da qeydə alınan avtoqollar (9)
Abduvaxid Nematov (Özbəkistan) – Portuqaliya ilə oyunda
Hassan Tambakti (Səudiyyə Ərəbistanı) – İspaniya ilə oyunda
Kameron Bercess (Avstraliya) – ABŞ ilə oyunda
Məhəmməd Əl-Mannai (Qətər) – Kanada ilə oyunda
Yazan Əl-Ərab (İordaniya) – Avstriya ilə oyunda
Aymen Hüseyn (İraq) – Norveç ilə oyunda
Məhəmməd Hani (Misir) – Belçika ilə oyunda
Miro Muheim (İsveçrə) – Qətər ilə oyunda
Damian Bobadilla (Paraqvay) – ABŞ ilə oyunda
Dünya çempionatlarında ən çox avtoqol vuran millilər
4 – Meksika
3 – Mərakeş
3 – İsveçrə
3 – Avstraliya
Bir turnirdə vurulan avtoqol sayına görə dünya çempionatlarının rekordunu təkrarlamağa cəmi 3 “dəqiq” zərbə qalıb.
Dünya birincilikləri tarixinin rekordu DÇ-2018-də qeydə alınıb – 12 avtoqol.
Dünya çempionatları tarixində qeydə alınan avtoqolların sayı
1930 – 1
1934 – 0
1938 – 2
1950 – 0
1954 – 4
1958 – 0
1962 – 0
1966 – 2
1970 – 1
1974 – 3
1978 – 2
1982 – 1
1986 – 2
1990 – 0
1994 – 1
1998 – 5
2002 – 2
2006 – 4
2010 – 2
2014 – 4
2018 – 12 (Rekord)
2022 – 2
2026 – 9 (Turnir davam edir)