Danimarkanın 34 yaşlı ulduz huşunu itirdi

08.06.26 | 13:48
Dünya futbolu

Danimarka və Ukrayna yığmaları arasında keçirilən yoldaşlıq görüşü Odense stadionunda böyük təşvişə səbəb olub. Qarşılaşmanın 60-cı dəqiqəsində meydan sahiblərinin 34 yaşlı pleymeykeri Kristian Eriksen sinəsində kəskin ağrı hiss edərək huşunu itirib.

İlkin tibbi müdaxilə uğurlu alınıb və hamını qorxudan hadisə xoş sonluqla bitib. Ayağa qalxan ulduz futbolçu yaşıl meydanı və stadionu köməksiz tərk edərək təcili yardım maşını ilə xəstəxanaya yollanıb. Danimarka millisinin baş həkimi Morten Boezen insidentlə bağlı qısa açıqlama verərək yarımmüdafiəçinin hazırda özünü yaxşı hiss etdiyini və vəziyyətinin nəzarət altında olduğunu qeyd edib.

Eriksenin karyerasında ilk belə hadisə deyil. Təcrübəli oyunçu AVRO-2020-nin Finlandiya ilə matçında kliniki ölüm keçirmiş, lakin həkimlərin vaxtında müdaxiləsi ilə xilas edilmişdi. Bir ilə yaxın futboldan uzaq qalan yarımmüdafiəçi, ürək ritmini tənzimləyən xüsusi defibrilyator cihazı (ICD) ilə peşəkar karyerasını bərpa etmişdi.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46