Dambrauskasdan “KuPS” xəbərdarlığı: “Bizi çox güclü və mütəşəkkil komanda gözləyir”

27.07.26 | 22:51
Ölkə futbolu

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə Finlandiyanın “KuPS” klubunun qonağı olacaq “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas oyunöncəsi təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Bakıdakı ilk matçda 1:0 hesablı qələbə qazanan Masazır təmsilçisinin çalışdırıcısı səfər matçının çətin keçəcəyini vurğulayıb.

Litvalı mütəxəssis Bakıdakı minimal üstünlüyə baxmayaraq, cütün taleyinin hələ həll olunmadığını bildirib:  “Finlandiyada olduğumuza görə çox şadıq. İlk qarşılaşmadan sonra hesab arasındakı fərq çox azdır və düşünürəm ki, hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı qalır. Bakıdakı qələbə bizi cüzi favorit hesab etməyə imkan verə bilər. Lakin eyni zamanda anlayırıq ki, Çempionlar Liqasında və ümumiyyətlə, avrokuboklarda səfərdə keçirilən heç bir oyun asan olmur. Meydan sahiblərinin yüksək motivasiya ilə meydana çıxacağını və bütün güclərini qoyacağını bilirik. “Sabah” da onların mübarizə tempinə uyğun cavab verməli, öz oyununu nümayiş etdirməlidir”.

Dambrauskas komandasının potesialına inandığını və rəqibin çempionluq xarakterinə xüsusi hörmətlə yanaşdıqlarını qeyd edib: “Komandamızın necə oynaya bildiyini yaxşı bilirik. Sabah özümüzün ən yaxşı performansını göstərməliyik və inanıram ki, bunu bacarsaq, növbəti mərhələyə adlayacağıq.

“KuPS” Finlandiya çempionudur. Ölkəsindən və səviyyəsindən asılı olmayaraq, çempion olmaq üçün xüsusi nəsə etmək lazımdır. Milli liqanı qazanmaq çox çətin tapşırıqdır. Çempiona qarşı oynayanda bilirsən ki, onlar heç vaxt təslim olmurlar. Rəqib qol vurmağı, hücum etməyi, müdafiə olunmağı və sonadək döyüşməyi yaxşı bacarır. Bu səbəbdən bizi çox güclü, mütəşəkkil və yaxşı hazırlaşmış komandaya qarşı çətin sınaq gözləyir”.

“KuPS” – “Sabah” qarşılaşması iyulun 28-də Kuopio şəhərindəki “Väre Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13