Dambrauskas “KuPS” sınağı öncəsi: “Fikrimiz yalnız sabahkı oyundadır”

20.07.26 | 18:37
Ölkə futbolu

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah “KuPS”a qarşı keçirəcəkləri ilk oyunu dəyərləndirib.

Rəqibi Azərbaycanda salamlamaqla sözə başlayan mütəxəssis matça yüksək motivasiya ilə hazırlaşdıqlarını bildirib: “Ev sahibi kimi gözləntilərimiz böyükdür. Komanda oyunla bağlı bütün tapşırıqları yerinə yetirməyə hazırdır. Sabah meydana məqsədyönlü və maksimum konsentrasiya ilə çıxacağıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

“Sabah”ın əsas mərhələyə yüksəlmək şanslarını şərh edən Dambrauskas, qarşıdakı hədəflərə fokuslanmağın vacibliyini vurğulayıb: “Hələlik turnirin növbəti mərhələlərindən danışmaq tezdir. Kağız üzərində favorit sayıla bilərik, lakin bunu meydanda sübut etmək lazımdır. Hazırda yeganə hədəfimiz “KuPS” səddini aşmaqdır. Əgər bunu bacarsaq, o zaman gələcək rəqiblərdən danışa bilərik”.

Rəqibin çempionatda daha çox oyun keçirməsi və komandasının fiziki forması ilə bağlı suala isə litvalı mütəxəssis belə yanaşıb: “Rəqibin nə qədər oyun keçirməsi o qədər də önəmli deyil. Biz öz hazırkı durumumuza və qarşıdakı 90 dəqiqənin planına fokuslanmışıq. Hər mövsüm və hər rəqib fərqlidir. Əsas vəzifəmiz ən yaxşı heyəti seçmək və düzgün oyun planı ilə qələbə qazanmaqdır”.

Hücum xəttindəki rəqabətlə bağlı sualı cavablandıran baş məşqçi, hər zaman komanda üçün ən uyğun qərarları verməyə çalışdığını bildirib: “Mənim üçün əsas məsuliyyət komandanı qələbəyə kökləməkdir. Heyəti formalaşdırarkən həmin an ən hazır olan oyunçulara üstünlük verirəm. Seçim etmək məşqçinin işidir və hər zaman komandanın xeyrinə olan qərarı qəbul edirəm”. Sonda növbəti mərhələdəki potensial rəqiblərlə bağlı suala isə Dambrauskas gülümsəyərək belə cavab verib: “Artıq dediyim kimi, hazırda bütün fikrimiz yalnız sabahkı oyundadır. Bizim üçün ən vacibi budur”.

Paylaş:

Xəbər Lenti

Qeorqi Nikolov: “Qarabağ” Avropa futbolunda özünü sübut etmiş ciddi döyüşçüdür”

21.07.26 | 14:43

ÇL-də növbəti addım: “Bayquşlar” finləri sınağa çəkir

21.07.26 | 12:44

Ronaldo sosial şəbəkələri çalxaladı: FİFA, Argentina və Messiyə qarşı ittihiamları dəstəklədi

21.07.26 | 03:22

“İnfantino, istefa ver!” — İspaniyalı azarkeşlər dünya çempionlarını bu şüarla qarşıladılar

21.07.26 | 03:08

Mundialdakı xəyalqırıqlığından sonra Antoneladan Messiyə duyğulu mesaj: “Sən həmişə ən yaxşısı olacaqsan!”

21.07.26 | 01:24

Azərbaycan futbolunda islahat və inkişaf çağırışı: “Uğur istəyiriksə, bir olmalıyıq”

21.07.26 | 01:46

Finalın qəhramanı Ferran Torres: “Bu gün  böyük bir yükdən azad oldum”

21.07.26 | 01:19

Belçika millisində ayrılıq: Rudi Qarsiya postunu tərk edir

21.07.26 | 00:57

Çeferindən FİFA-ya sərt etiraz: UEFA rəhbəri DÇ-nin finalını boykot etdi

21.07.26 | 00:17

“Qarabağ”ın rəqibində Bakı səfəri öncəsi böhran: Azarkeşlərdən “İstefa” tələbi

21.07.26 | 00:26

Finlandiyalı qapıçıdan “Sabah”la oyun öncəsi iddialı açıqlama: “Heç kimdən qorxmuruq”

21.07.26 | 00:11

İspaniya dünya çempionu oldu: rekord, 7-ci beynəlxalq kubok və 51 milyon dollarlıq mükafat

20.07.26 | 19:09

Miika Nuutinen: “Favorit “Sabah”dır, lakin bizi çətin oyun gözləyir”

20.07.26 | 19:47

Dambrauskas “KuPS” sınağı öncəsi: “Fikrimiz yalnız sabahkı oyundadır”

20.07.26 | 18:37

Coy-Lens Mikkels: “Əsas heyətdə yer almaq üçün daha çox qol vurmalıyam”

20.07.26 | 18:33

“Qarabağ” və “Turan Tovuz”un hədəfi: “Kayrat”ın forvardı

20.07.26 | 18:14

Rodri tarixi uğura imza atdı: Bunu bacaran 11-ci futbolçu oldu

20.07.26 | 18:28

Messi 68 illik dünya çempionatı rekordunu yenilədi

20.07.26 | 17:26

Mundialdan sonra qeyri-müəyyənlik: Skaloninin göz yaşları və Messinin milli karyerası bitir?

20.07.26 | 17:06

Konfrans Liqası: Klublarımızın 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

20.07.26 | 16:46