Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53
Ölkə futbolu

“Sabah” “Araz-Naxçıvan”ı məğlub etsə də, baş məşqçi Valdas Dambrauskas oyundan sonra həm hakimlikdən, həm də Azərbaycan çempionatına azarkeş marağının aşağı olmasından narazılığını bildirib. Litvalı mütəxəssis “Barselona” ilə Çempionlar Liqası matçından sonra növbəti görüşə hazırlaşmaq üçün vaxtlarının az olduğunu da vurğulayıb.

Dambrauskas 2:0 hesablı qələbəyə baxmayaraq, qarşılaşmanın asan keçmədiyini deyib. Onun sözlərinə görə, “Araz-Naxçıvan” topla yaxşı oynayıb, lakin hücumları qolla tamamlamaqda çətinlik çəkib: “‘Barselona’ ilə oyundan sonra bu matça tam hazırlaşmağa vaxtımız olmadı. Görüş çətin keçdi. Rəqib topla çox yaxşı davranırdı, amma görünür, son zərbələrdə çatışmazlıqları var idi. Hər şey planlaşdırdığımız kimi getmədi. Bununla belə, pressinq sayəsində 3-4 qol imkanı yaratdıq. Çempionlar Liqasından sonra bu oyuna köklənmək asan deyildi”.

Baş məşqçi hakimlərin idarəçiliyindən də narazı qalıb. O, qarşılaşmada göstərilən sarı vərəqələrin sayını çox hesab etdiyini və bəzi qərarları anlamadığını bildirib: “Hakimlərin qərarları mənə aydın olmadı, onları başa düşmədim. Həddindən artıq çox sarı vərəqə göstərildi. Məğlub olsaydıq, hakimlikdən danışmazdım, amma onların işinin keyfiyyətindən razı qalmadım. Mən komandamla gecə-gündüz çalışıram, lakin hakimliyi dəyişmək imkanım yoxdur. Hakimliklə bağlı fikirlərim çox mənfidir. Halbuki Çempionlar Liqasında hakimlərin idarəçiliyindən heç bir narazılığımız olmayıb”.

Dambrauskas Azərbaycan çempionatında azarkeş sayının azlığından da gileylənib. O, bu problemin həllinin təkcə klubların və məşqçilərin əlində olmadığını düşünür. Mütəxəssis “Kəpəz” və “Turan Tovuz”un azarkeş dəstəyini nümunə göstərərək Bakıda eyni mənzərənin müşahidə olunmadığını deyib: “Bu problemi təkbaşına həll edə bilmərəm. Yuri Vernidub azarkeşləri stadiona çağırır, amma tribunaya gələnlərin sayı çox azdır. ‘Neftçi’ və ‘Qarabağ’la oyunları çıxsaq, çempionata maraq arzulanan səviyyədə deyil. Hətta milli komandanın oyunlarına da 1000-dən çox azarkeş gəlmir. ‘Kəpəz’ və ‘Turan Tovuz’un möhtəşəm azarkeş dəstəyi var, amma Bakıda bunu görmürük”.

Litvalı çalışdırıcı stadionun şəhərdən uzaqda yerləşməsinin azarkeş azlığına səbəb kimi göstərilməsini də inandırıcı hesab etməyib. O, bu məsələdə hər kəsin fərqli bəhanə gətirə biləcəyini vurğulayıb: “Deyirlər ki, stadion çox uzaqdadır. Şimalda oynasaydıq, cənubda yaşayanlar narazı qalacaqdı, şərqdə olsaydı, qərbdəkilər eyni sözü deyəcəkdi. Stadion Qız qalasının yanında yerləşsəydi belə, görəsən, azarkeşlər gələrdimi? ‘Qarabağ’ 13 mövsümdür avrokuboklarda çıxış edir, amma oyunlarına cəmi 500-600 nəfər gəlir. ‘Neftçi’ flaqmandır, stadionu şəhərin içində yerləşir, lakin orada da azarkeş sayı çox azdır”.

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46