Podqoritsada (Monteneqro) gənclər arasında cüdo üzrə Avropa çempionatı (U-21) başa çatıb.
İdmançılarmız yarışda 5 medal (3 qızıl, 2 bürünc) qazanıblar. Bu nəticə ilə yığmamız ümumi komanda hesabında yalnız Fransadan (4-3-5) geri qalaraq ikinci yeri tutub.
Oğlanların mübarizəsində isə Fransa yığmasını qabaqlayan Azərbaycan cüdoçuları (3-0-2) Avropa çempionatının birincisi olublar.