ÇSKA-nın baş məşqçisi: “Qarabağ”ın güclü tərəflərini qapadıq”

24.07.26 | 14:41
Ölkə futbolu

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında Bakıda «Qarabağ»la qolsuz heç-heçəyə razılaşan Sofiya ÇSKA-sının baş məşqçisi Xristo Yanev, qarşılaşmanın ardından Bolqarıstan mətbuatına açıqlama verib.

Mütəxəssis komandasının performansından razı qaldığını və bu nəticənin bir həftə sonra Sofiyadakı “Vasil Levski” stadionunda keçiriləcək cavab matçı öncəsi “qırmızılar”a yaxşı şans qazandırdığını bildirib.

Xristo Yanev futbolçularının nümayiş etdirdiyi xarakterdən və oyun intizamından məmnunluğunu dilə gətirib: “Meydandakı mübarizədən, futbolçuların matça köklənməsindən çox razı qaldım. “Qarabağ”a presinq tətbiq edərək öz oyununu qurmasına imkan vermədik. Arzu və motivasiya yüksək səviyyədə idi. Yaxşı və keyfiyyətli komanda olduğumuzu sübut etdik. Bu nəticə mərhələni keçə biləcəyimizə olan inamımızı artırır.

İstər meydandakı, istərsə də soyunub-geyinmə otağındakı hər kəsi fərqləndirə bilərəm. Bu gün tamamilə fərqli komanda və fərqli yanaşma gördü.

Baş məşqçi rəqibin hücum xəttini necə zərərsizləşdirdiklərindən və hazırlıq prosesindən danışıb: Rəqibin güclü tərəflərini bağlamağı bacardıq. Daha yaxşı istifadə edə biləcəyimiz qol epizodlarımız da var idi, lakin maksimalist olmaq lazım deyil. Bu gün meydanda gördüyünüz taktikanı biz cəmi bir dəfə bərpa məşqində addımlayaraq işləmişdik. Buna baxmayaraq, futbolçular tapşırığı tam dərk etdilər.

Məqsədimiz rəqibin aqressiv oyununa qarşılıq vermək və öz potensialımızı ortaya qoymaq idi. Bakıdan tamamilə inamlı ayrılırıq. Bolqarıstanlı mütəxəssis artıq diqqəti cavab qarşılaşmasına yönəltdiklərini vurğulayıb: İndi etdiklərimizi təhlil etməli və 5 gündən sonra keçiriləcək cavab matçında nəyin işimizə yarayacağını doğru müəyyənləşdirməliyik”.

Paylaş:

Xəbər Lenti

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39

TV PROQRAM

08.09.26 | 19:16