Türkiyə Superliqasının yeni iştirakçısı “Çorum” klubu “Qarabağ”ın aparıcı yarımmüdafiəçisi Marko Yankoviçi heyətinə qatmaq niyyətindədir.
Türkiyə mətbuatında yer alan xəbərlərə görə, 30 yaşlı monteneqrolu futbolçu ilə artıq ilkin danışıqlara start verilib. Bildirilir ki, təcrübəli oyunçu “Çorum”un yay transfer pəncərəsində orta xətti gücləndirmək üçün müəyyənləşdirdiyi əsas hədəflərdən biridir.
Qeyd edək ki, Marko Yankoviç 2022-ci ildən Ağdam təmsilçisinin şərəfini qoruyur və komandanın əsas aparıcı fiqurlarından sayılır.v