Çempionlar Liqası: “Barselona” və “Liverpul” üçün “olum, ya ölüm” sınağı

18.03.26 | 17:37
Dünya futbolu

Bu axşam UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. Baş tutacaq 4 maraqlı oyundan sonra 1/4 finalın bütün iştirakçıları müəyyənləşəcək.

22:45 “Barselona” – “Nyukasl” (İlk oyun: 1:0) İctimai TV

Kataloniyada bütün gözlər Lamin Yamalın üzərində olacaq. İlk matçda Lyuis Holl tərəfindən “zərərsizləşdirilən” 18 yaşlı ulduzun bu gecə intiqam alıb-almayacağı maraq doğurur. Bir sözlə, Yamal bu dəfə qəfəsdən çıxa biləcəkmi?

“Barselona”nın ən böyük silahı isə “Sevilya”ya het-trik edərək “Qızıl top” iddialarını yenidən gündəmə gətirən Rafinyadır.

00:00 “Liverpul” – “Qalatasaray” (İlk oyun: 0:1) CBC Sport, TRT 1

“Enfild”də fəlakətin bir addımlığında! Arne Slotun gələcəyi bu 90 dəqiqədən asılıdır. İngiltərə təmsilçisi daxili çempionatda büdrəsə də, azarkeşlər Dominik Soboslainin “sehrli” zərbələrindən birini gözləyir. Lakin qarşıda “Liverpul” müdafiəsini parçalamağa hazır olan Viktor Osimhenli “cim-bom” var.

Nigeriyalı forvard “qırmızılar”ın yaralı müdafiəsini cəzalandırmaq üçün pusqudadır. Davinson Sançesin yoxluğunda “Qalatasaray” müdafiəsi çətinlik çəksə də, hücum xətti rəqibi sarsıtmağa qadirdir.

00:00 “Bavariya” – “Atalanta” (İlk oyun: 3:0)

Münhenlilər qapıçı böhranı ilə üz-üzədir: 4 qolkiper zədəlidir! “Bavariya”nın qapısını 16 yaşlı Leonard Preskottun qoruyacağı gözlənilir. Buna baxmayaraq, Harri Keyn və tərəfdaşlarının 1/4 final biletini artıq ciblərinə qoyduqları deyilir.

00:00 “Tottenhem” – “Atletiko” (İlk oyun: 0:3)

İqor Tudorun gəlişi ilə bir qədər nəfəs alan “şpurlar” möcüzə ardınca çıxırlar. Lakin Dieqo Simeone intizamı olan yerdə sürprizə icazə vermək niyyətində deyil. Əgər madridlilər oyuna arxayın çıxmasalar, “Tottenhem”in minimal şansı belə qalmayacaq. London klubu Premyer Liqada düşmə zonasından qaçmağa çalışdığı bir vaxtda, bu oyun onlar üçün həm də özünəinamı bərpa etmək şansıdır.

Paylaş:

Xəbər Lenti

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

13.06.26 | 12:14

96 forma və iki ən uğursuz seçim

13.06.26 | 11:46

İngiltərə millisi oğurluq qurbanı oldu!

13.06.26 | 11:45

Kilian Mbappe: “Mənim üçün əsas hədəf rekord yox, dünya çempionluğudur”

13.06.26 | 11:16

Şəhriyar qalib gəldi, Məhəmməd liderliyini davam etdirir!

13.06.26 | 10:23

“Sabah” müdafiə xəttini braziliyalı ilə gücləndirdi

13.06.26 | 10:48

ABŞ DÇ-yə fırtına kimi başladı

13.06.26 | 09:27

Bosniya və Herseqovina ev sahibindən xal qopardı

13.06.26 | 08:54

Lamin Yamalın tez sağalmasının sirri bəlli oldu

12.06.26 | 17:47

Səkkiz matçlıq məğlubiyyətsizlik seriyası, yoxsa “vizit kartı” bərabərlik olan Bosniya?

12.06.26 | 17:36

“Qarabağ” gənc qapıçısı ilə yollarını ayırdı

12.06.26 | 17:45

TV PROQRAM

12.06.26 | 17:39

“Kəpəz”də yeni baş məşqçi

12.06.26 | 16:57

A qrupunun ikinci oyunu: Cənubi Koreya Çexiyanı məğlub etdi

12.06.26 | 07:01

Mundialın açılış matçına qırmızı vərəqələr damğa vurdu

12.06.26 | 07:33

Lamin Yamal qayıtdı!

12.06.26 | 07:01

Dünya Çempionatı başladı: “Atsteka”da möhtəşəm açılış!  

11.06.26 | 23:50

FİFA prezidenti nə qədər qazanır?

11.06.26 | 23:08

Millilərimizin rəqibləri bəlli oldu

11.06.26 | 23:18

Məmmədyarov mövqeyini itirir, Muradlı isə liderliyini qoruyur

11.06.26 | 23:44